“Əvvəl də demişdim, indi də o fikirdəyəm ki, kimin qol vurmasının əhəmiyyəti yoxdur. Əsas olan komandanın qələbəsidir, azarkeşləri sevindirməyimizdir”.
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbbolçusu Şervoni Mabatşoev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Misli Premyer Liqasının 28-ci turunda “Səbail” ilə oyunda (1:1) fərqlənən tacikistanlı yarımmüdafiəçi matçın nəticəsi baxımından vurduğu qola görə sevinmədiyini bildirib. O, qeyd edib ki, prinspial görüşdə qələbə qazana bilmədikləri üçün məyus olub: “Bakı klubu ilə eyni məqsəd üçün mübarizə aparırıq və turnir cədvəlində qonşuyuq. Evdə də oynadığımıza görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik. Bunun əvəzini çıxmağa çalışacağıq”.
Mabatşoev növbəti turda qarşılaşacaqları “Sabah” ilə görüşə kökləndiklərini deyib: “Səfərdə oynayacağıq. Əslində bütün matçlar bizim üçün evdən kənardadır. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Ona görə bu qarşılaşmadan da uğurlu nəticə ilə ayrılmaq istəyirik. “Sabah” güclü rəqibdir. Oyuna yaxşı hazırlaşırıq. Məşqçilər lazımı tövsiyyələrini verirlər. Azarkeşlərimizi qalib gəlməklə sevindirmək istəyirik. Onların inamını yenidən qazanmalıyıq”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”