"Real"ın futbolçuları Kilian Mbappe, Antonio Rüdiger və Daniyel Sebalyos cəzalandırılıb.
QOL.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Buna səbəb Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı cavab oyununda (1:0 (4:2 penalti ilə)) qeyri-etik davranışları olub. Rüdiger 40 min avro, Mbappe isə 30 min avro cərimələnib. Həmçinin, hər iki futbolçuya UEFA turnirlərində bir oyunluq şərti diskvalifikasiya cəzası verilib. Bu, onların il ərzində yenə də qeyri-etik davranış göstərdikləri halda real diskvalifikasiyaya çevriləcək.
Səbalyos isə 20 min avro məbləğində cərimə alıb, lakin diskvalifikasiya tətbiq edilməyib.
Qeyd edək ki, əvvəlcə etik və intizam məsələləri üzrə inspektor "Real"ın hücumçusu Vinisius Júniorun həmin oyundakı davranışlarını da araşdırmışdı, amma nəticədə braziliyalı futbolçuya qarşı heç bir iş açılmayıb.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”