Qurban Qurbanov: "Bu komanda hələ öz sözünü çox deyəcək"

ÖLKƏ FUTBOLU 7 May 2011 / 23:49 3609
-  A +

“Bu gün çempionatda ən yaxşı hücum xətti olan komandaya qarşı oynadıq. Əlbəttə, “Xəzər Lənkəran”a qarşı oynamaq çox çətindir”. Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Xəzər Lənkəran"la 1:1 hesabı ilə nəticələnən oyundan sonra deyib.

O, Lənkəranda futbol oynamaqdan hər kəsin zövq aldığını deyərək, bu cür şərait yaratdıqları üçün "Xəzər Lənkəran" klubuna təşəkkür edib. Qurbanov həmkarı Mirça Rednikin işini yüksək səviyyədə olduğunu bildirib: "Xəzər Lənkəran" çox gözəl oyun nümayiş etdirdi. Oyun ağır keçdi. Komandanın baş məşqçisi çox yaxşı komanda qurub. "Xəzər Lənkəran"a həm kubokun finalında, həm də çempionatda uğurlar arzulayıram. Düşünürəm ki, bu komanda hələ öz sözünü çox deyəcək".
 

Daha çox


Son xəbərlər