Türkiyə Superliqasının 29-cuturunda keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçının hakim təyinatları açıqlanıb.
QOL.az Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul derbini Yasin Kol idarə edəcək.

Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Samet Çiçek kömək edəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.
Qeyd edək ki, görüş martın 29-da İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək.
Xatırladaq ki, son dövrlər Türkiyə futbolunda hakim idarəçiliyi ilə bağlı böyük narazılıq yaranıb. Bu səbəbdən fevral ayında "Qalatasaray"la "Fənərbaxça" arasında keçirilən derbi matçını (0:0) sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edib. Bundan sonra isə bir neçə klub oyunlarına əcnəbi hakimlərin təyin olunması üçün TFF-yə müraciət edib.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də