"Xəzər Lənkəran" klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti cənab Rövnəq Abdullayevə açıq məktubla müraciət edib. Qol.Az-ın məlumatına görə, məktubda əsasən hakimliklə bağlı iradlar AFFA prezidentinin diqqətinə çatdırılıb:
"Xəzər Lənkəran" klubunun AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda deyilir:
"Hörmətli Rövnəq müəllim!
Başçılığınız altında ölkə futbolunda gedən müsbət dəyişikliklərə kölgə salındığını bir daha diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Bir tərəfdən bu idman növündə genişmiqyaslı tədbirlər görüldüyü halda, digər tərəfdən müxtəlif şəxslərin işə qeyri-peşəkar şəkildə yanaşması çoxdandır ki, adət halını alıb. Bütün bunların nəticəsində istər federasiya səviyyəsində sizin gördüyünüz işin, istər klub səviyyəsində bizim gördüyümüz işin lazımi nəticə verməsi mümkünsüz olur.
Bu mövsüm “Xəzər Lənkəran” müxtəlif oyunlarda hakimlərin qeyri-obyektiv idarəçiliyi ilə üzləşib və bununla bağlı faktlarla təsdiqlənmiş etirazını ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb. Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması da neqativ hallarla yadda qaldı. Bu qarşılaşmanın baş hakimi Rövşən Əhmədovun bütün oyun ərzində komandamıza qarşı verdiyi ədalətsiz qərarlar Hakimlər Komitəsinin işinin aşağı səviyyədə təşkil olunduğunu növbəti dəfə sübut etdi. Qeyd olunan görüşdə baş hakimin etdiyi səhvləri nümayiş etdirən videoçarxlar da klubumuzun rəsmi saytında yaxın vaxtda yerləşdiriləcək.
Hakimlik futbolun ən vacib tərkib hissələrindən biridir və hazırda ümümi inkişafın fonunda ölkədə futbol hakimlərinin işində bu qədər qüsurun olması artıq ciddi addımların atılmasının zəruriliyini göstərir. Oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilən şəxslərin özbaşınalığının qarşısı alınmaması, bu Azərbaycan futbolunun geri addımlaması ilə nəticələnir.
“Xəzər Lənkəran” klubu yarandığı tarixdən ölkədə futbola olan marağın artmasına və bu sahədə yaranan canlanmaya özünün böyük töhvəsini verib. Əlbəttə, bu günə kimi əldə etdiyimiz və gələcəkdə əldə etməkdə israrlı olduğumuz nailiyyətlər müvafiq sərmayenin qoyulması nəticəsində gerçəkləşib. Və bunun müqabilində ayrı-ayrı şəxslərin qeyri-peşəkarlığı nəticəsində getdiyimiz yolda yaranan maneələr bizi narahat etməyə bilməz.
Bu cür hallar təkcə bizim kluba yox, bütün ölkə futboluna böyük ziyan verir. Nəzərə alaq ki, klubumuzda və ümumilikdə ölkədə müxtəlif ölkələrdən olan əcnəbi futbolçu və məşqçilər var. Xarici ölkə təmsilçilərinin gözündə Azərbaycan futbolunun imicinin düşməsi də, yuxarıda qeyd etdiyimiz qeyri-peşəkarlığın daha bir nəticəsidir.
Bütün bunları nəzərə alıb Hakimlər Komitəsinin işindəki nöqsanları araşdırıb, bu orqanın tərkibində qüsurlara yol verən şəxslərin cəzalandırılacağına ümid bəsləyirik".
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi