Millimiz Albaniyaya qarşı

Millimiz Albaniyaya qarşı
ÖLKƏ FUTBOLU 19 Mart 2025 / 09:57 379
-  A +

Azərbaycan U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.

QOL.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gələcək. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.

19 mart

18:00. Azərbaycan (U-17) – Albaniya (U-17)

Baş hakim: Jérémy Muller (Lüksemburq)

Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)

Dördüncü hakim: Michele Beltrano (San Marino)

Elbasan Arena.


Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi