“Zirə”nin kapitanı Qismət Alıyev jurnalistlərə müsahibə verib. QOL.az müsahibəni təqdim edir
- Misli Premyer Liqasının 27-ci turunda “Sabah”la xalları yarı böldünüz. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Bilirdik ki, çətin oyun olacaq. Bəlkə də “Sabah” üçün çempionatda avrokuboklara yollanmaq baxımından son şans idi. İlk hissə çox ağır alındı. Heç cür öz oyunumuzu tapa bilmədik. Fasilədən sonra toparlandıq və lazımi qolu vurduq. Düşünürəm ki, heç-heçə hər iki komanda üçün sərfəli nəticədir.
- İlk hissədə oyununuzu tapa bilməməyiniz nədən irəli gəlirdi?
- Rəqibin təzyiqi çox idi. İstər oyun epizodlarında, istərsə də standart vəziyyətlərdə çox təhlükəli idilər. Fasilədən sonra komanda özünə gəldi. Ümid edirəm ki, bu, sonuncu olar. Bir daha belə oynamamalıyıq.
- Matçın sonuna yaxın hiss olunurdu ki, “Zirə” heç-heçəyə razıdır. 1 xal sizi qane edirdi?
- Oyunun gedişi elə heç-heçəyə layiq idi. Dediyim kimi, birinci hissədə onlar üstün oynadılar, fasilədən sonra isə biz.
- Bu, ikinci yer uğrunda əsas rəqibiniz olan “Araz-Naxçıvan”ın bir gün əvvəl xal itirməsindən irəli gəlirdi?
- Fikrimiz qələbə qazanmaq idi. Amma alınmadı. Səhvlərimizi analiz edib növbəti matçlara daha ciddi hazırlaşmalıyıq.
- Gedişat onu göstərir ki, “Zirə” əmin addımlarla ikinci pilləyə doğru gedir...
- Hələ qarşıda 1 dövrə var. Çempionat hazırda elə vəziyyətdədir ki, autsayder hesab edilən “Kəpəz” də “Qarabağ”dan xal alır. Heç bir rəqib oyunda asanlıqla qələbə qazanmaq mümkün deyil.
- Kubokda mübarizəni dayandırmısınız. Bu məqam avrokuboklar baxımından “Zirə”nin əleyhinədir, yoxsa apreldəki sıx qrafiki nəzərə alsaq, lehinə?
- Keçən il də bu cür sıx qrafikdə oynamışdıq. Lakin finala yüksəlmişdik. Finalda oynamaq hər bir komanda üçün qürurvericidir. Biz də yenidən final həyəcanı yaşamaq istəyirdik. Təəssüf ki, alınmadı. İndi əsas hədəfimiz ikinci yeri tutmaqdır.
- Bu günlərdə milli komandamızın heyəti açıqlandı. Bir çoxları üçün sizin adınızın siyahıda yer almaması gözlənilməz oldu. Bəs sizin üçün?
- Milli komandanın baş məşqçisinin seçimidir. Mənim işim meydandadır. Baş məşqçi çağırmayıbsa, yerimdə dayana bilmərəm. Yenə də əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.
- Yaxşı, onda sualı belə qoyaq. Nəzərə alsaq ki, “Zirə” son dövrlər əla formadadır, siz də komandanın kapitanısınız, bu halda milli komandanın baş məşqçisi Fernandu Santuşdan dəvət gözləyirdiniz?
- Gözləməyinə, bəli, gözləyirdim. Çağırmayandan sonra fikir bildirmək düz olmaz. Bəlkə də daha əvvəl çağırılmayan futbolçuları yoxlamaq istəyir. İstənilən halda qərara hörmətlə yanaşıram.
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi Türkiyəyə uduzdu
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı
Santyaqo Ximenes “Portu”ya keçdi
Berdıyev narahat deyil, bəs, "Turan Tovuz" rəhbərliyi?..
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi
"Çelsi"dən "Leyptsiq"ə keçdi
“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia
91 illik rekordu 19 yaşında qırdı
“Yuventus”da yeni hücumçu
“Daha güclü “Qarabağ” görəcəksiniz” - Marko Yankoviç
2-ci liqada yeni mövsüm başlayır
"Ona iradımı bildirdim, bunlar olmaz!" - Video
"Barselona"da 16 yaşlı müdafiəçi
Salto, aut və qol. Bir ayda ikinci dəfə! - Video
"Liverpul" 18 yaşlı belçikalı qapıçı ilə razılaşdı
Zamiq oynadı, komandası qalib gəldi
“Roma”dan darmadağın - Video
“Beşiktaş”dan 6 qollu qələbə, “Trabzonspor” uduzdu
“Nəticədən razı qalmadım” - “Sumqayıt”ın baş məşqçisi
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video