Martın 22-də Sumqayıt şəhər stadionunda Azərbaycan və Haitinin əsas milli komandaları arasında yoxlama matçı keçiriləcək. Haiti millisinə bu oyun üçün 24 oyunçu dəvət edilib.
QOL.az xəbər verir ki, onlardan 23 nəfəri legionerdir. Həmin futbolçulatdan birinin - Emerson Lessin (Emerson Laisse) yaşı isə diqqət çəkir. Yamaykanın “Maunt Plezent” (Mount Pleasant) klubunda çıxış edən bu futbolçunun cəmi 15 yaşı var.
Haitinin “Sportmax” nəşri yazır:
“Mount Pleasant” Akademiyasının futbolçusu Emerson Laisse 15 yaşında Haiti milli komandasına çağırılıb. O, tarix yazmağa hazırlaşır. Port-o-Prensdə doğulan istedadlı hücumçu 22 mart tarixində keçiriləcək yoldaşlıq görüşündə Azərbaycanla qarşılaşacaq heyətə daxil edilib. Bu çağırış 2025-ci ilin artıq çox uğurlu keçdiyi gənc ulduz üçün böyük bir addımdır.
Laisse ötən ay Qvatemalada keçirilən KONKAKAF U-17 təsnifat mərhələsində Haiti yığmasının qrup lideri olaraq FIFA U-17 Dünya Çempionatına (bu il Qətərdə keçiriləcək) vəsiqə qazanmasında mühüm rol oynayıb. İndi isə bu uğurdan cəmi bir neçə həftə sonra, o, əsas milli komandada debüt etməyə çox yaxındır. Bu fürsəti o həm təvazökar, həm də həyəcanverici adlandırır”.
Əsas milliyə çağırışı ilə bağlı futbolçu deyib: "Mən çox həyəcanlıyam. 15 yaşımda əsas komandaya çağırılmaq böyük sevincdir. Ailəm də mənimlə fəxr edir".
Əgər Laisse Azərbaycanla qarşılaşmada debüt etsə, bu, onun gənc karyerasında növbəti mühüm mərhələ olacaq. Yaşına baxmayaraq, o artıq böyüklər arasında mübarizə aparmağa alışıb. Keçən mövsüm 14 yaşında Yamayka Premyer Liqasında “Waterhouse FK” ilə oyunun sonunda meydana çıxaraq debüt etmiş və komandası 1:0 qalib gəlmişdi.
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video