AFFA-nın təşkilatçılığı ilə martın 16-da Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq. Komandalar arasında qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.
PSJ fikrini dəyişdi
Ter Ştegen bəyanat yaydı
“Qalatasaray”dan səfər qələbəsi
"Arsenal"da yeni təyinat
Buffonun oğlu peşəkar karyerasında debüt etdi
“Səbail” yıxılmırdı, bu qol yıxdı - Video
Ayan o medalı kimə həsr etdi?
Emreli: nə əsas, nə də ehtiyat heyətdə
“Özünə gəlməsi ay yarım vaxt çəkəcək” - Rəşad Sadıqov
Sabiq futbolçu cəbhədə həlak oldu
“Zirə” 90+6-cı dəqiqə qolu ilə qələbə qazandı
Diniyev oynadı, komandası qələbə qazandı