"Maraqlı oyunun şahidi olduq. Yaxşı, dinamik oyun getdi. İndiki durumda kuboka görə dörd gündən bir tsikldə oynayırdıq. Komanda olaraq sıxıntılarımız var idi. Futbolçulara təşəkkür edirəm. Həmin sıxıntını meydanda bizə göstərmədilər. Uduzduq. "Qarabağ" yaxşı komandadır. Amma məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşmalıyıq".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 26-cı turunda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- Hakimin qərarından belə çıxdı ki, tək günahkar Felipe Santos idi. Amma Elvin Cəfərquliyev də Santosu boğurdu. Sizin fikriniz necədir?
- Həmişə gördüyümü deməyə çalışmışam. Heç kimdən çəkinəcəyim də yoxdur. Mənim dediklərimi həmkarlar başqa cür yozurlar. "Elmar donquldanır, zırıltısı gəlir" deyirlər. Həqiqəti həqiqət kimi göstərmək önəmlidir. Üç sarı vərəqəsi olan oyunçularımıza çox rahat "sarı" verirlər. Uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəldi. 20 nəfər bir-biri ilə mübahisə edir. Bir nəfəri günahkar çıxarmaq acizlikdir. Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin.
- Qara Qarayevin durumu nə yerdədir?
- Mikro zədədir.
- Deyirsiniz ki, sizi sındırmağa çalışırlar. Sizcə, bunun kökündə nə dayanır? Bəlkə "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasına görə, sizi tək görürlər...
- Mənə aid məsələ deyil. Nədən qaynaqlandığını deyə bilmərəm. Amma görünən odur ki, təsir edirlər. Sabah başqa cür yozacaqlar. Gördüyüm odur ki, komandaya təsir edirlər. Möhkəm olmalıyıq. İnanıram ki, komandam layiqli cavab verəcək.
- Sizcə, niyə komandaya təsir edirlər?
- Mənim işim komandanı analiz etmək, məşqə, oyunlara hazırlamaqdır. Detallara girsəm, komandanı unudacağam. Bəzən mətbuat konfransında 1 jurnalist də olmur. Ona görə çox şeyi deyə də bilmirik. Vandersona necə sarı veriblər, baxın.
- Hədəf "Araz-Naxçıvan"dı, yoxsa Elmar Baxşıyev?
- Hədəf məni seçiblərsə... Mən məşqçiyəm. Məşqçi ilə mübarizə aparmazlar. Möhkəm olmaq lazımdır. Sıxıntılar görünən idi. Heyətimizdə 5-6 oyunçu yoxdur. Düzgün təhlil edib, qarşıdakı matçlara köklənəcəyik.
- "Qəbələ"də təzyiq daha çox idi, yoxsa "Araz-Naxçıvan"da?
- Öyrəşmişəm təzyiq altında işləməyə. "Qəbələ"də də o təzyiqi hiss edirdim. Mənim üçün yeni deyil. Məşqçinin 5-6 futbolçusu olmayacaqsa, sıxıntı yaşayacaq. Çempionat bitməyib. İnanıram ki, komanda şəklində hər şeyə düzgün yanaşıb, irəliləyəcəyik. (sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı