"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistrlərlə bugünkü söhbətində komandasının “Səbail”lə oyununa toxunub.
Onun komandası Misli Premyer Liqasının 26-cı turunun bugünkü ev matçında 1:0 hesabı ilə qələbə qazanıb.
“Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, yaxşı komanda formalaşdırır. Rəqibi analiz edəndə müəyyən çətinliklər çəkirdik. Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. "Səbail" əzmkar komandadır. Çətin olacağını bilirdik” - deyə Sadıqov bildirir.
QOL.az sportal.az-a istinadən xeber verir ki, R.Sadıqov həmçinin bildirib:
- Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Onları təbrik edirəm.
- Çox qol epizodu yaratdınız. Sizcə, niyə yalnız biri qol oldu?
- Bu tip oyunlarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Üç dəfə dirəkdən dönən topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu da futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu, başqa şey idi. Əslində, komandamızı böyütməlidir.
- Yeni transfer Qiman barədə nə deyə bilərsiniz?
- Qimanı 4-5 ildir tanıyıram. "Zirə"yə yeni gələndə də danışıqlar aparırdıq, daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası olub. Yayda da danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hələ hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ay yarım vaxt çəkəcək.
- Son saniyədə Məqsəd İsayevə cərimə meydançasına daxil olmaq göstərişi verdiniz. Qolun gələcəyini hiss edirdiniz?
- Məqsəd dönən toplara cavabdeh idi. Hakim də futbolçulara göstərdi ki, son hücumdur, kornerdən sonra matç bitəcək. Ona görə Məqsədə bildirdim ki, hakim işarə verib, oyun bitir, cərimə meydançasına daxil ol. Uğurlu alındı. Qolu da futbolçularım vurub, pay sahibi onlardır.
- Son saniyədə gələn qol futbol tanrısının sizə hədiyyəsi idi?
- Allah birdir, təkdir. Futbol tanrısı, basketbol tanrısı deyə, bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik.
- Adətən qələbəni futbolçular qazanır, məğlubiyyət isə baş məşqçinin olur. Niyə?
- Vəziyyətə, duruma görə ola bilər ki, fikirlərimiz dəyişsin. Bir yerdə uduzub, bir yerdə qazanmışıq. 4,5 ildir buradayam, həmişə belə olub.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu