Buffonun oğlu peşəkar karyerasında debüt etdi

Buffonun oğlu peşəkar karyerasında debüt etdi
XƏBƏR 9 Mart 2025 / 22:27 3012
-  A +

Bu gün İtaliya B Seriyasının 29-cu turunun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, "Spesiya" öz meydanında "Piza"nı qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun oğlu Lui Buffon matça çıxıb. 17 yaşlı yarımmüdafiəçi görüşün 84-cü dəqiqəsində Marius Marini əvəzləyərək meydana daxil olub. 

Bu, Lui Buffonun peşəkar karyerasında debüt matçı olub. O, bu mövsüm "Pisa"nın U-19 komandasının heyətində 20 matça çıxaraq 6 qol vurub. 

Xatırladaq ki, Lui Buffon Çexiya millisinin üzvüdür. Onun ikili vətəndaşlığı var - Çexiya və İtaliya. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
17.10.26  12:00

Mbappe 500-ə çatdı

topaz banner