Belaruslu mütəxəssis Aleksey Baqa Belarus millisinin Tacikistan və Azərbaycan yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunları barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, bu haqda Belarusun football.by saytına danışıb.
2021/22 mövsümündə “Sumqayıt”da baş məşqçi işləmiş mütəxəssis ölkəsinin millisinin bu ay Tacikistan və Azərbaycan komandası ilə keçirəcəyi yoxlama matçları barədə danışarkən deyib:
“Bu o vəziyyətdir ki, istəklərimizlə imkanlarımız üst-üstə düşmür. Hazırda Norveç, Çexiya və ya Slovakiya ilə oynamaq üçün ölkədən kənara çıxmaq, viza almaq, nəqliyyat məsələlərini həll etmək lazımdır. Bu baxımdan Düşənbəyə getmək daha asandır və düşünmürəm ki, oradakı rəqib daha zəif olacaq.
Üstəlik, heyətimizdə nə qədər yeni oyunçunun olduğunu nəzərə alsaq, indiki rəqiblərimiz bizim üçün ideal seçimdir. Çünki yüksək liqanın ilk turundan sonra Norveçə gedib beş qol buraxmaq və milli komandaya yeni qoşulan futbolçuların özünəinamını sarsıtmaq, məncə, ən yaxşı variant deyil.
Təbii ki, istənilən futbolçu və məşqçi səviyyəli rəqiblərlə oynamaq və təcrübə qazanmaq istəyir. Bu, əladır. Özüm də bunu yaşamışam. Amma indiki vəziyyətdə Tacikistan və Azərbaycana qarşı oyunlardan maksimum fayda əldə etmək lazımdır.
Bəlkə də elə məhz indi bizə güc baxımından bərabər rəqiblərlə oynamaq lazımdır ki, futbolçularımız özlərinə inam qazansınlar. Üstəlik, bu, yeni bir coğrafiyadır, gözəl stadionlar var – bunu öz təcrübəmdən bilirəm. Hər halda, komandamız üçün asan olmayacaq”.
Xatırladaq ki, Azərbaycan - Belarus matçı martın 25-də Masazır qəsəbəsi stadionunda keçiriləcək.
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı