Hafiz Məmmədov "Bakı"dan narazı qalıb stadionu tərk etdi

Hafiz Məmmədov "Bakı"dan narazı qalıb stadionu tərk etdi
ÖLKƏ FUTBOLU 5 May 2011 / 13:08 2645
-  A +

Ölkə kubokunun yarımfinalında "Xəzər Lənkəran"la qarşılaşmada "Bakı"nın mübarizəni dayandırması bu klubun prezidenti Hafiz Məmmədovu məyus edib.

Qol.Az-ın məlumatına görə, paytaxt klubunun rəhbəri dünən keçirilən oyunu yarımçıq izləyib. Komandasının oyunundan narazı olan H.Məmmədov hesab 1:1 olarkən 70-ci dəqiqədə stadionu tərk edib. Bunun ardından "Bakı" 2-ci qolu vurub ümidlənsə də, sonda futbolçuların final arzusu boşa çıxıb.

Komandanın belə uğursuz çıxışına görə rəhbərliyin heyətdə ciddi islahatlar aparacağı gözlənilir.

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır