Bu qış Bolqarıstanın yüksək liqa təmsilçisi "Beroe" klubunun mərkəz hücumçusu Leandro Qodoyun adı "Qarabağ"la hallanmağa başladı. Bolqarıstan mediası 24 yaşlı argentinalı hücumçunun Ağdam klubuna keçə biləcəyinə yazırdı. Amma bu transfer baş tutmadı.
QOL.az xəbər verir ki, Bolqarıstanın "Maç Teleqraf" nəşri Qodoyla bağlı dərc etdiyi məqalədə bunun səbəblərinə toxunub.
"İndi Leandro Qodoyun bu mövsümün sonuna qədər klubunda qalmasının səbəbi bəlli olur. "Beroe"nin sahibi Ernan Banato futbolçu üçün çox yüksək məbləğ tələb edib - 2 milyon avro. O, qiyməti cəmi 100 min avro azaltmağa razı idi. Bu isə 24 yaşlı hücumçunu almaq istəyən əksər bir çox klubun fikrinin dəyişməsinə səbəb oldu. Qodoyun adı “Qarabağ” və Moskva “Lokomotiv”i kimi ciddi komandalarla hallanırdı. Avropa klublarının isə argentinalı üçün yarışmamasının səbəbi onun həm də Avropa pasportunun olmamasıdır” - deyə yazıda qeyd edilib.
Qeyd edək ki, Qodoy bu mövsüm komandası ilə 19 rəsmi oyun keçirib, 12 qol vurub.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”