Azərbaycan U-17 millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokundakı çıxışı barədə danışıb.
QOL.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında ilk olaraq üçüncü yer uğrunda Özbəkistan yığması (1:2) ilə keçirilən görüşü dəyərləndirib:
“Özbəkistan millisi ilə ilk dəfə üz-üzə gəlmirdik, bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam performanslarını göstərə bilmədilər. Buna rəğmən komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.
İlham Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını söyləyib: “Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, bu alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.
Qeyd edək ki, qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 millimiz üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir