Foqtsdan azərbaycanlı futbolçulara seks qadağası

Foqtsdan azərbaycanlı futbolçulara seks qadağası
ÖLKƏ FUTBOLU 3 May 2011 / 18:43 3664
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya millisində çalışdığı dövrdə futbolçularına sekslə məşğul olmağı qadağan edib.

Qol.Az-ın məlumatına görə, bu haqda İngiltərənin «Daily mail» qəzeti məlumat yayıb. Bildirilir ki, Foqts tərəfindən belə bir qadağa yalnız oyunlardan əvvəl tətbiq olunub. Bu qərar futbolçuların matç ərəfəsində fiziki güclərini itirməməsinə görə verilib.

Britaniya mətbuatı Foqtsun işlədiyi bütün komandalarda futbolçularla bağlı belə qadağa tətbiq etdiyini yazıb.

Bu mənada, güman etmək olar ki, alman mütəxəssis azərbaycanlı futbolçulara da oyundan əvvəl sekslə məşğul olmağa icazə vermir.

Daha çox


Son xəbərlər
topaz banner