İngiltərənin «The Independent» dünən öldürülməsi xəbəri yayılan «Əl-Qaidə» lideri Üsəma bin Ladenlə bağlı futbol azarkeşləri üçün maraqlı görünə bilinəcək faktlar açıqlayıb.
Qol.Az-ın məlumatına görə, 2000-ci ilin əvvəllərində London «Arsenal»ının formasını alan bin Laden orada iki nəfərdən birinin - Toni Adams və ya Denis Berkampın adını yazdırmaq istəyərkən seçim qarşısında qalıb.
İndiyə qədər də bin Ladenin formaya hansı futbolçunun adını yazdırması bilinmir.
Qeyd edək ki, hazırda «Qəbələ» komandasının baş məşqçisi olan Toni Adams uzun illər «Arsenal»ın kapitanı vəzifəsini yerinə yetirib.
Avropa Liqasında 18 oyun