Nesta 2 ay əvvəl istefaya göndərildiyi kluba qayıtdı

Nesta 2 ay əvvəl istefaya göndərildiyi kluba qayıtdı
DÜNYA FUTBOLU 10 Fevral 2025 / 17:15 2402
-  A +

İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi açıqlanıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə yenidən Alessandro Nestaya tapşırılıb.

İtaliya millisi ilə dünya çempionu olan 48 yaşlı mütəxəssis iki ay əvvəl - dekabrın 23-də uğursuz nəticələrə görə bu komandadan göndərilmişdi. 

Nesta onu bu vəzifədə əvəzləyən Salvatore Bokkettinin yerinə təyinat alıb.

Qeyd edək ki, "Montsa" 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner