"Zirə"nin futbolçusu Salifu Suma Kiyev "Dinamo"suna keçməyəcək.
QOL.az xəbər verir ki, bu barədə ukraynalı şərhçi və jurnalist Mixail Spivakovski məlumat yayıb.
O, bildirib ki, "Dinamo" və LNZ klubları Salifu ilə maraqlansalar da, transfer məbləğinin yüksəkliyi səbəbindən keçid gerçəkləşməyəcək:
"Doğrudan da "Dinamo"və LNZ klubları Salifu Suma ilə maraqlanırdılar. Suma 3 gün əvvəl sözün əsl mənasında əvvəl “Qarabağ”a qarşı yüksək səviyyəli oyun keçirdi. Həmin görüşdə Aleksey Kaşuk “Qarabağ” üçün, Suma isə “Zirə” üçün 2 qol vurub. Sumanın komandası bu oyunda 3:2 hesabı ilə qalib gəlib. Salifu həm cinah oyunçusu, həm də mərkəz hücumçu mövqeyindən yaxşı qollar vurdu.
Əsl problem odur ki, “Zirə” futbolçu üçün 1 milyon avro istəyirdi. Məbləğ kifayət qədər böyükdür. Bunlar hər iki klub - həm "Dinamo", həm də LNZ üçün eyni şərtlərdir.
"Dinamo" və LNZ futbolçunun profilini öyrəniblər. Onun statistikası əladır. İndi Suma “Zirə” ilə müqaviləsini uzadıb. Düşünürəm ki, artıq "Zirə" transfer üçün 1,5 milyon civarında pul istəyəcək. Ona görə də biz Suma ilə vidalaşa bilərik”.
Qeyd edək ki, daha əvvəl "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov öz açıqlamasında S.Suma üçün təkliflər gəldiyini bildirmişdi. Lakin o, həmin klubların adını açıqlamamışdı. Mətbuatda isə "Dinamo"nun onunla yaxından maraqlandığı yazılmışdı.
Qvineyalı sağ vinger olan 21 yaşlı futbolçu "Zirə"yə 2023-cü ildə keçib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi