Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır
ÇEMPİONLAR LİQASI 31 Yanvar 2025 / 09:22 2290
-  A +

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yeni reqlamentə əsasən bu mərhələdə hər klub üçün 2 mümkün rəqibin adı bəllidir Püşkatmada Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edəcək..

Liqa mərhələsində 9-10-cu yeri tutanlar 23-24-cü, 11-12-ci yerin sahibləri 21-22-ci, 13-14-cü pillədəkilər 19-20-ci, 15-16-cı olanlar isə 17-18-ci yerlərdəki komandalarla qarşılaşacaqlar.

Pley-off mərhələsinin mümkün cütləri

"Monako” (Fransa)/“Brest” (Fransa) – PSJ (Fransa)/“Benfika” (Portuqaliya)

“Sportinq” (Portuqaliya)/“Brügge” (Belçika) – “Atalanta” (İtaliya)/“Borussiya” (D.Almaniya)

“Seltik” (Şotlandiya)/“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)/“Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya)/“Feyenoord” (Niderland) – PSV (Niderland)/“Milan” (İtaliya)

ÇL-də pley-offun ilk oyunları 11-12 fevral tarixlərində, cavab görüşləri 18-19 fevralda keçiriləcək.

1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

Daha çox


Son xəbərlər