Qurban Qurbanov: "Çempionatın sonuna yaxın belə hallar olur"

ÖLKƏ FUTBOLU 1 May 2011 / 20:08 2426
-  A +

"İlk hissədə müdafiədə ən zəif oyunumuzu göstərdik. Halbuki, müdafiəyə daha ciddi fikir ayırmışdıq". Qol.Az-ın məlumatına görə, bunu "Bakı" ilə 2:2 hesablı heç-heçə ilə nəticələnən oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. 

İlk yarıda çox kobud səhvlər buraxdıqlarını deyən Qurbanovun fikrincə, bu, həm özü, həm də futbolçular üçün xeyirli olub: "İkinci hissədə oyunu dəyişmək üçün hər şey etdik. Sonadək mübarizə apardıq, bərabərlik qolunu vurduq, 1 xal qazandıq. Çempionatın sonuna yaxın belə hallar olur. Çalışacağıq ki, səhvləri aradan qaldıraq. "Bakı"ya kubok oyunlarında uğurlar arzulayıram".

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır