Aleksandr Starkov: "Son dəqiqələrdə qol buraxmaq yaxşı deyil"

Aleksandr Starkov: "Son dəqiqələrdə qol buraxmaq yaxşı deyil"
ÖLKƏ FUTBOLU 1 May 2011 / 20:01 2350
-  A +

"Gərgin oyun oldu. Meydançanın vəziyyəti komandalara texnikalı və sürətli oyun göstərməyə imkan verirdi". Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ"la 2:2 hesabı ilə nəticələnən oyundan sonra "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Latviyalı mütəxəssisin fikrincə, oyun qanunauyğun nəticə ilə yekunlaşıb: "Son dəqiqələrdə qol buraxmaq yaxşı deyil. Lakin bərabərlik qolundan sonra bizim fərqlənmək imkanımız da oldu. Komandanın göstərdiyi mübarizədən razıyam".

Son xəbərlər