Ramiz Məmmədovla bağlı növbəti qalmaqal

Ramiz Məmmədovla bağlı növbəti qalmaqal
ÖLKƏ FUTBOLU 1 May 2011 / 00:30 2828
-  A +

Azərbaycanlı baş məşqçi Ramiz Məmmədov Qazaxıstanın "Atırau" klubunda növbəti qalmaqalla üzləşib. Qol.Az-ın məlumatına görə, Məmmədov "Qazaxıstan-Atırau" telekanalında öncədən planlaşdırılan canlı efirə buraxılmayıb. 

Klub rəhbərliyi öncədən telekanalın canlı efirində həmyerlimizin ona ünvanlanan sualları cavablandırması təşəbbüsü ilə çıxış edib. Bununla əlaqədar Məmmədov aprelin 29-da "Aleumet" verilişinə dəvət edilib. Lakin "Atırau" rəhbərliyi ertəsi gün Astana "Lokomotiv"i ilə Qazaxıstan Premyer Liqasında oyuna hazırlaşdıqlarını səbəb göstərərək, baş məşqçinin verilişdə iştirakını əngəlləyib. "Atırau"nun mətbuat katibi Altınbek Nısanqaliyev bildirib ki, Məmmədov ona ünvanlanan sualları "Lokomotiv"lə oyunsonrası mətbuat konfransında cavablandıra bilər.
 
Qeyd edək ki, bu, "Atırau"da Ramiz Məmmədovla bağlı ikinci qalmaqaldır. Həmyerlimiz komandaya yenicə baş məşqçi təyin olunarkən, klubu tərk etmiş erməni futbolçu Tiqran Karabaxtyanın ünvanına "Mən olduğum komandada erməninin nə işi var?" söyləyib. Bu açıqlama Qazaxıstanda böyük səs-küyə çıxarıb. Sonda "Atırau" rəhbərliyi və Məmmədov təkzib verməli olublar.   

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır