"Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov "Bakı" ilə oyunöncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın müxbiri ilə söhbətində Nadirov qarşıdakı oyun haqda və mövsümün sonunda komandada qalıb-qalmayacığına aydınlıq gətirib:
“Son vaxtlar qol vurub fərqlənməsəmdə, öz oyunumla “Qarabağ”a kömək etməyə çalışıram. Premyer Liqanın növbəti turunda “Bakı” ilə baş tutacaq matçda mənə şans veriləcəyi halda öz oyunumu göstərməyə çalışacam. Bu qarşılaşmada sərgiləcəyimiz oyuna gəlincə isə “altılıq”da zəif rəqibin olmadığı hamıya məlumdur.
Ancaq “Bakı”nın ölkə kuboku uğrunda mübarizə aparması və bir həftə içində həm kubok, həm də çempionat matçına çıxması bizə bir qədər rahat oynamaq imkanı yaradacaq. Həm də rəqibin Premyer Liqada medallara iddiası qalmadığından, onlar bütün diqqətini ölkə kubokuna yönəldərək Avroliqaya vəsiqə qazanmağı düşünürlər. Bununla belə, heç cür arxayınlaşmaq olmaz. Sadəcə olaraq, Rəşad Sadıqovun olmamasına üzülürük. Ancaq bu oyunda yaxşı nəticə qazanmaqla onun yoxluğunu hiss etdirməməyə çalışacağıq.
Vüqar eyni zamanda “Qarabağ”ın Avroliqa şanslarını da dəyərləndirib. “Komandamız avroliqaya vəsiqə qazanmağa çox yaxındır. Növbəti qələbələri də sıralasaq, bu vəzifənin öhdəsindən gəlmiş olacağıq. Mövsüm başa çatdıqdan sonra “Qarabağ” da qalıb-qalmayacağıma gəldikdə isə mən bu klubu özümə çox doğma sayıram. Çünki “Qarabağ” anadan olduğum Ağdam şəhərini təmsil edir.
Buna görə digər təkliflərə yox deyərək “Qarabağ”ı seçmək istəyirəm. Klub da məni saxlamaqda maraqlı olduğu üçün danışıqları davam etdirir. Mövsüm sonunda isə daha çox “Neftçi”nin çempion olacağını gözləyirəm. Onların Premyer Liqanın sonuna 4 tur qalmış əsas rəqiblərini 8-9 xal qabaqlaması bunu deməyə əsas verir”.
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video