“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatobanın QOL.az saytına müsahibəsi
- Yoxlama oyununda "Sumqayıt"la heç-heçə (2:2) etdiniz. Qarşılaşmanı necə şərh edərdiniz?
- Bizim üçün yaxşı oyun alındı. Xüsusən də ilk hissədə üstün idik, yaxşı pressinq edirdik. 10 günlük fasilədən sonra ilk matç idi. Oyuna nəzarəti əlimizdə saxlamaq istəyirdik. Düşünürəm ki, müsbət keyfiyyətlərimizi daha da yaxşılaşdırmaqla mövsümün ikinci hissəsinə hazır olmalıyıq.
- Uzun müddətdən sonra meydana qayıtdınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Çox yaxşı hiss edirəm özümü. Yenidən meydana qayıtdığım üçün xoşbəxtəm. Bu, çətin period idi. Bir futbolçu üçün ciddi zədə almaq ağırdır. Mənim də zədəm ciddi idi. Şadam ki, artıq hər şey qaydasındadır. Mental olaraq hazırlaşdım və geriyə daha güclü vəziyyətdə qayıtmışam.
- Tam formanızı bərpa etmək üçün nə qədər zamana ehtiyac var?
- Əslində, tam bərpa olmuşam. Özümü hazır sayıram. Sadəcə açıq deyim ki, zədədən sonra yüngülcə qorxu var. Düşünürəm ki, bu da normaldır və zamanla qaydasına düşəcək. Hazırda oyun praktikasına ehtiyac duyuram. Yaxşı ki, fasilə müddətində daha bir yoxlama görüşümüz olacaq. Çempionat başlayanda baş məşqçimiz şans verdikcə komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm.
- Geridə qalan müddətdə “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsiniz?
- Komanda ilk iki dövrədə çox yaxşı oynadı. Təşkilatlanmış şəkildə çıxış etdik. Məşqçi heyəti də işinin öhdəsindən gəldi. Kollektiv olaraq ortaya yaxşı iş qoyduq. “Araz-Naxçıvan” ilk 18 turda inamlı təsir bağışladı. Nəticələr də yaxşıdır. İndi bunun ardını gətirməliyik.
- Mövsümün ikinci yarısından gözləntiləriniz nədir?
- Gələcək haqda çox danışmaq istəmirəm. Odur ki, uzun müddətli hansısa proqnoz vermək istəməzdim. Yalnız onu deyə bilərəm ki, yaxşı komandamız var və böyük işlər görə bilərik.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı