"Xəzər Lənkəran" Elnur Allahverdiyevi geri qaytardı

"Xəzər Lənkəran" Elnur Allahverdiyevi geri qaytardı
ÖLKƏ FUTBOLU 29 Aprel 2011 / 11:37 2722
-  A +

“Xəzər Lənkəran” klubunun rəhbərliyi futbolçu Elnur Allahverdiyevin komandanın əsas heyətinə qaytarılması haqqında qərar qəbul edib. Qol.Az-ın məlumatına görə, bu qərar baş məşqçi Mirça Rednikin iştirakı ilə rəhbərliyin dünən keçirdiyi iclasda qəbul olunub.
 
Qərar çıxarılan zaman futbolçunun öz səhvini etiraf etməsi, baş məşqçi və komanda üzvləri tərəfindən də onun üzrxahlığının qəbul edilməsi, həmçinin futbolçunun milli komandanın aparıcı üzvlərindən biri olması nəzərə alınmışdı.
 
Elnur Allahverdiyev müvafiq məbləğdə cərimənin ödənilməsi və bundan sonra nizam-intizam qaydalarına ciddi şəkildə riayət etmək öhdəliyini üzərinə götürmək şərtilə “Xəzər Lənkəran” klubunun əsas heyətinə qaytarılır.

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır