“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Kəpəz”ə qarşı keçirilən yoxlama oyunundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az-ın xəbərinə görə, o, gündəmdə olan mövzularla bağlı fikirlərini bildirib.
- Əvvəcə hazırlığın gedişi və bugünkü oyun barədə fikirlərinizi bölüşərdiniz.
- Çox az vaxtdır yığışmışıq. Hələ hazırlığın az bir hissəsini geridə qoymuşuq. Bu günlərdə istədik ki, bir oyun keçirək və futbolçulara şərait yaradaq. Oyunçulara tapşırmışdıq ki, təsləməsinlər, ehtiyatlı oynasınlar. Hazırlıq üçün vaxtımız çox azdır. Bugünkü oyun komanda üçün faydalı oldu. Azər Bağırova təşəkkür edirəm ki, təklifimizi qəbul etdi və bizimlə bu oyunu keçirdilər. Yanvarın 12-də “Zirə” ilə növbəti oyunu keçirəcəyik. Əsas odur ki, yanvarın 17-də və 23-dəki oyunlara (Premyer Liqa və Avroliqada - red.) komandanı normal vəziyyətə gətirək.
- Zədəli futbolçuların vəziyyəti necədir?
- Bədavi Hüseynov hələ komanda ilə məşq etmir. Bəhlul və Veşoviçə bu gün 20-25 dəqiqə şərait yaratdıq. Zubirin neçə gündür temperaturu var idi. Yavaş-yavaş tam bərpa olunurlar. Aleksey İsayev də əməliyyat olunub, lakin ilk gündən məşq edir. Ona da ehtiyalı olmağı tapşırmışdıq.
- Benzianın yoxluğu nə ilə əlaqədardır?
- Anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə olsun. Nə vaxt geri qayıdacağı hələ bilinmir.
- “Kəpəz”lə oyunda “Qarabağ” akademiyasının da bir neçə futbolçusuna şans verdik. Gənclərdən nə dərəcədə razısınız?
- Bir neçə futbolçu bizimlə məşqlərdə iştirak edir. Hələ daha çox çalışmalıdırlar. İstəklidilər, çalışqandılar, lakin daha diqqətli olmalıdırlar.
- Juninyonun transferi ilə bağlı son durum necədir?
- Hələ konkretləşməyib. Bəzi nüanslar var. Oyunçunun özünün istəyi də vacibdir. Əvvəl “Sevilya” ilə danışılmışdı. Sonra “Flamenqo” da təklif göndərdi. Danışıqlar gedir. Yəqin ki, qarşıdakı günlərdə məsələ yekunlaşacaq.
- Yeni transfer gözlənilirmi?
- Çox istəyirik. İşimizin daha çox hissəsini yeni oyunçulara ayırmışıq. Hələ ki, alınması real görünmür. Son günlərin danışıqlarına görə belə deyirəm. Hələ vaxtımız var. Çalışacağıq, nəsə edək.
- Avroliqadakı oyunların Juninyonun mümkün gedişinə təsiri oldu?
- Bəzən futbolçuları da, təklif göndərən klubu da nəzərə almaq lazımdır. Həm “Sevilya”, həm də “Flamenqo”ya futbolçumuzun gedişi “Qarabağ”ın böyüməsi, bu kluba diqqətin artırılması deməkdir. Son günlərdə İspaniya və Braziliya mətbuatında “Qarabağ” və Azərbaycan futbolu haqda xeyli müzakirələr gedir. Artıq digər futbolçularımızı da analiz edirlər. Keçmiş və indiki formaları müzakirə olunur. Ola bilər, biz futbolçunu itirəcəyik. Lakin klub bu transferdən böyük uğur əldə edəcək. Yeni oyunçular da gələcəkdə “Qarabağ”a daha rahat gələcəklər. Hərtərəfli baxsaq, futbol və siyasi baxımından bu, çox vacibdir.
- Nəzərə alsaq ki, Redon Cica da Avroliqa oyunları üçün transfer olunmayıb, o zaman hücum xəttindəki problemləri necə həll etməyi düşünürsünüz?
- Variantlarımız var. Hansısa addım atmalıyıq. Dəfələrlə belə hallar olub və çıxış yolu tapmışıq. O mövqedə oynayan futbolçular var.
- Sizin üçün Juninyonun “Sevilya”ya, yoxsa “Flamenqo”ya getməyi önəmlidir?
- Əlbəttə, futbolçunun istəyi çox önəmlidir. Bəlkə bizim üçün “Sevilya” daha maraqlı olardı. Avropadır, bizə bəlkə daha yaxındır. Köklü klubdur. Dəvət etdiyimiz futbolçular da ispan, portuqal futboluna yaxındırlar. Lakin “Flamenqo” da köklü klubdur. Ronaldinyo kimi futbolçu ordan çıxıbsa, deməli, o klubun da böyük iş prinsipləri var. Mənim üçün ciddi fərqi yoxdur. Əsas oyunçunun ürəyincə olsun. O klubdakı perspektivi daha yaxşı olsun.
“Sumqayıt” - “İmişli” matçında düşən davaya səbəb nə idi?
“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi
“Qalatasaray”ın rəqibi meydana itkilərlə çıxacaq
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
“Sumqayıt” “İmişli”yə, “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəldi
“Qarabağ” “Ayaks”la oyuna hazırlaşır - Video
Serxio Ramosa İngiltərə klubundan təklif var
Messi yenidən ilin ən yaxşısı seçildi
“Mançester Yunayted”in yeni müdafiəçi hədəfi
2-ci liqanın 12-ci turuna yekun vuruldu
"Qarabağ"ın "Ayaks"la oyunöncəsi son məşqindən - Şəkillər
"Şamaxı"nın futbolçusu Tanzaniya millisinə dəvət aldı
Qurban Qurbanovdan transfer açıqlaması
"Sumqayıt" - "İmişli" - Heyətlər
“Biz dayanmaq istəmirik” - Qurban Qurbanov
“Napoli”nin Lukakusu zədəsini sağaltdı
Ter Ştegen qayıtdı
"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq"
"Qarabağ"dan qorxmuruq" - "Ayaks"ın baş məşqçisi
PSJ üçün 1 pis, 1 yaxşı xəbər
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Emin Ağalarov Marko Yankoviçlə görüşdü - Şəkil
"Neftçi" yeni baş məşqçi təyinatını açıqladı - Rəsmi
UEFA-dan Lukas Hernandesə sərt cəza
Xabi: "Mançester Siti"yə qalib gələcəyimizə əminik"
Mbappe xüsusi qoruyucu ilə oynayacaq
Salahın tənqidlərinə belə cavab verdi
Vernidub "Neftçi"də yüksək maaş alacaq
Elçin Məsiyev Avroliqanın oyununa təyinat aldı
Suares ilk klubuna qayıdır
Bir daha "Barselona"da oynaya bilməyəcək
İngiltərə millisinin üzvü həbs olundu
"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq
Elvin Yunuszadə üçün xüsusi oyun
"Real"ın futbolçusunun durumu açıqlandı – 3-4 ay oynamayacaq
ÇL-in oyunları bu kanallarda
Böyükhesablı yubiley qələbəsi
Azərbaycanın 6 boksçusu dünya çempionatının 1/4 finalında
“Liverpul” Salahla bağlı qərarını verdi
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı
“Milan”dan əzmkar qələbə
“Beşiktaş”dan heç-heçə - Video