“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadovun QOL.az saytına müsahibəsi
- Artıq bir neçə gündür məşqlərə başlamısınız. Komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır. Futboçular yaxşı istirahət ediblər. Legionerlərdən bəziləri uzun yol qət edib ailələrinin yanına yollanıblar. Eləcə də yerli futbolçularımızın istirahəti yaxşı keçib. Artıq bir neçə gündür məşqlərə start vermişik. Hazırda hamının fikri meydanda, futboldadır. Yaxşı məşq edirik. Çalışacağıq ki, bu 14 gün ərzində maksimum dərəcədə hazırlaşdıraq və ilk oyuna yaxşı vəziyyətə çıxaq. Təbii ki, müəyyən pauzadan sonra komandaya vaxt lazım olur. İlk tura heç cür 100 faiz hazır olmaq mümkün deyil. Əlimizdən gələni edəcəyik ki, maksimum üç tura 100 faiz hazır olaq.
- İstirahətdən ən gec qayıdan iki klubdan birisiniz. Mövsümün startına 12 gün qalmış toplaşmaq gec deyil?
- Düzdür, bəzi klublar hazırlığa 1-2 gün tez başladılar. Amma həmin günlərdə əsasən yerli futbolçular hazırlıqda iştirak edib. Biz də azərbaycanlıları yığıb məşqlərə başlaya bilərdik. Lakin buna ehtiyac duymaqdır. Hesab edirəm ki, tam heyətlə başlamaq daha yaxşıdır.
- Bu mövsüm fasilə müddəti əvvəlki illərə baxanda azdır. Bu məqam işinizə nə dərəcə təsir göstərəcək?
- Fasilə müddəti get-gedə azalır. Tək bizdə yox, digər ölkələrdə də elədir. Məsələn, Türkiyədə demək olar heç istirahət olmadı. Oyun sayı buna təsir göstərir. Gələcəkdə ümumiyyətlə, istirahət olmayacaq. Necə ki, bu gün Avropada əksər ölkələrdə bir həftə, maksimum on gün olur. Biz də buna doğru getməliyik.
- Yəni belə başa düşdük ki, az fasilə, çox oyun tərəfdarısınız?
- Əlbəttə. Futbolun gözəlliyi də bundadır. Fasilə olanda komanda tonusdan düşür. Ona görə də ümumiyyətlə, çempionatda fasilə olmasa, daha yaxşıdır.
- “Sumqayıt”la 2,5 illik müqavilə imzaladınız. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirdik.
- Sağ olsun klub rəhbərliyi, mənə etimad göstərdi. Müqavilənin müddətinin 2,5 il olması da bunu göstərir. Mən də onların etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
- Cordan Rezabalanın komandadan ayrıldığı, “Neftçi”yə keçəcəyi barədə deyilənlər nə dərəcədə həqiqətəuyğundur?
- Bir çox futbolçumuzun adı digər klublarla yanaşı hallanır. Hələ çempionatda fasilə yaranmamışdan öncə bu cür söz-söhbətlər gedir. Özünüz də gördünüz ki, Rəhim Sadıxov və Cordan Rezabaladan başqa, digər futbolçularımızın hamısı məşqdədir. Çox yaxşı çalışırlar. Rezabalanın durumu ilə bağlı dəyişiklik yoxdur. Hər an bizim düşərgəmizə qoşula bilər.
- Özünüz də qeyd etdiniz ki, bir neçə futbolçunuzun adı digər klublarla yanaşı hallanır. Hansısa oyunçuya görə rəsmi təklif almısınız?
- Futbolçularımızın digər klubların maraq dairəsində olması sevindirici haldır. Demək, işimizi düzgün qurmuşuq ki, bizim komandanın futbolçularını istəyirlər. Lakin rəsmi təklif yoxdur deyə onların hamısı komandadır və 90 faiz də komandada qalacaqlar.
- Rəhim Sadıxov və Fernande Medeyros artıq komandadan ayrılıb. Başqa gedənlər olacaq?
- Xeyr. Dediyim kimi, digər futbolçularla bağlı hər hansı təklif almamışıq.
- Bəs yeni transferlərlə bağlı nə yeniliklər var? Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Təbii ki, komandamıza yeni gələnlər olacaq. Bu istiqamətdə iş gedir. Yaxın zamanda yeni futbolçular komandaya qoşulacaqlar. Əsasən hücum xəttini gücləndirmək istəyirik.
- Mövsümün ikinci yarısından gözləntiləriniz nələrdir?
- Gərgin mübarizə gedəcək. Turnir cədvəlinin həm üst pillələrində, həm orta cəbhədə, həm də sonda qərarlaşan komandalar arasında. Mövsümün ikinci hissəsi daha maraqlı olacaq. İndi çox şey fasilədən asılıdır. Kim necə hazırlaşacaqsa, o cür də nəticələr qazanacaq. “Sumqayıt” olaraq hər şeyi edəcəyik ki, mövsümün sonunda beynimizdə sual işarəsi qalmasın.
- Ümumiyyətlə, qarşınıza hansı məqsəd qoyulub? Avrokuboklar iddiası var, yoxsa əsas hədəfə bu mövsüm Premyer Liqada qalıb, gələn ilə iddialı komanda qurmaqdır?
- Qarşıma heç bir hədəf qoyulmayıb. Bilirsiniz ki, komandanı necə götürmüşük. Hər oyuna maksimum nəticə - 3 xal üçün çıxırıq. Hər matçda da qalib gəlmək istəyirik. İndi turnir cədvəlinə baxmırıq. Turnir cədvəlinə yalnız mövsümün sonunda baxacağıq.
- Bəs siz özünüz məşqçi kimi qarşınıza avrokuboklar hədəfi qoymusunuz?
- Avrokuboklarda oynamaq hər məşqçinin arzusudur. Bu, öz yerində. Sadəcə reallıqlar var. Məsələn, bu gün Azərbaycanda 10 klubun 10-u da avrokuboklar üçün oynayır. Lakin bu, doğru deyil. Ola bilməz ki, hamının hədəfi Avropa olsun. Kimisi futbolçu yetişdirməlidir, kimisi avrokuboklara iddialı olmalıdır və s. Yenə deyirəm, hər məşqçi avrokuboklarda oynamaq istəyir. Lakin indiki məqamda biz yalnız hər növbəti matçı düşünürük. Məqsəd hər görüşdə 3 xaldır. Kim bilir mövsümün sonunda necə olacaq. Bir də gördün hər şey yaxşı oldu, komanda avrokuboklara vəsiqə qazandı. İnşallah, elə də olar.
- Artıq bir müddətdir Premyer Liqada baş məşqçilik edirdiniz. Futbolçu Vaqif Cavadovla məşqçi Vaqif Cavadov arasında hansı fərqlər var?
- Çox fərq var. Futbolçu dönəmində ancaq gələcəyini, öz oyununu yaxşılaşdırmağı düşünürsən. İndi isə sən 45-50 nəfəri düşünməli, onların arxasında olmalısan. Təkcə özünlə, yaxud 3-5 nəfərlə kifayətlənə bilmərsən. Böyük bir ailənin üzvüsən və bütün məsuliyyət sənin boynundadır. Elə etmək lazımdır ki, heç kim narazı qalmasın.
- Son günlər Misli Premyer Liqasında legioner limitinin ləğv olunacağı barədə söhbətlər səngimir. Bu barədə fikriniz maraqlıdır. Limit ləğv olunarsa, bunun Azərbaycan futboluna hansı xeyri, hansı ziyanı olacaq?
- Şərtlərə baxır. Fərqli çempionatlarda fərqli qaydalar tətbiq olunur. Məsələn, hər legionerə görə fərqli rüsum ödəniləcək, yaxud hamısına eyni. Yəni bu tip suallar çoxdur. İstənilən halda legioner gətiririksə, səviyyəlilərini gətirməliyik. Gələn əcnəbilər yerli futbolçulardan çox da üst səviyyədə deyillərsə, bu, futbolumuza çox böyük bir zərər gətirəcək. İstənilən halda qərar qəbul olunsa, ona riayət etməliyik.
- Limit ləğv olunsa, “Sumqayıt” hansı istiqaməti tutacaq?
- Ümumi olaraq onu deyə bilərəm ki, hər şey klubların hədəfindən asılı olacaq. Bu gün məqsəd futbolçu yetişdirməkdirsə, xeyli sayda əcnəbiyə ehtiyac yoxdur. Yox, sən çempionluq, avrokuboklar uğrunda mübarizə aparırsa, təbii ki, yüksək səviyyəli legionerlər gətirməlisən. “Sumqayıt” olaraq biz həm yerli futbolçularımıza güvənirik, həm əcnəbilərə, həm də akademiyaya önəm veririk. Yaxşı, bacarıqlı gənclərimiz var. Onlara diqqət yetirməli, peşəkar səviyyədə şərait qurmalıyıq. Bəzən Premyer Liqada klub sayının artırılması da müzakirə olunur. Mən də say artımının tərəfdarıyam. Lakin bu gün “Qəbələ”dən başqa heç bir 1-ci liqa klubu normal infrastruktura malik deyil.
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi
"Mançester Yunayted"in yetirməsi vəfat etdi
38 yaşlı kapitanla müqavilə uzadıldı
Xəbərlərimiz daha əlçatan oldu!
Alman klubu Emreli ilə danışıqlara başladı – Rəsmi
"Çelsi"nin baş məşqçisi: "Nəticədən narazıyıq"
Bundesliqanın ən yaxşısı açıqlandı
Maquayr: "Lion" dəliliyin təsviridir"
Messi gələcəyi haqda
De Byazi Fernandu Santuşdan danışdı
Avrokuboklarda yarımfinalların təqvimi
Azərbaycanın və klublarımızın UEFA reytinqi
Amorim: "Old Trafford"da hər şey mümkündür"
“Bodo/Qlimt” vikinqlərinin Avropa möcüzəsi
Avroliqada yarımfinalçılar onlar oldular
Konfrans Liqasında yarımfinalçılar məlum oldu
Peres Ançelotti ilə görüşəcək
Ali Koç Ərdoğanın qəbulunda
"Qaradağ Lökbatan" "Bakı Sportinq"ə belə qalib gəldi - Video
Qrizmann gələcəyi ilə bağlı qərar verdi
Terimin qələbə seriyası qırıldı
"Difai"nin qələbəsindən - Video
"İnter" danışıqlara başladı, "Bavariya" da maraqlanır
ÇL-də həftənin rəmzi komandası açıqlandı
"Cəbrayıl"ın "Mingəçevir" üzərində qələbəsindən - Video
“Qarabağ”la “Fulhem”in U-15-lərinin oyunu keçirildi
Bu mövsüm Çempionlar Liqasında 100 milyon qazanıblar
"Cəbrayıl"dan qələbə, "Zaqatala" uduzdu
Türkiyə Superliqasında klub sayı azaldıldı