“Kəpəz”in baş məşqçisi Azər Bağırovun QOL.az saytına müsahibəsi
- Artıq bir neçə gündür məşqlərə başlamısınız. Komandada vəziyyət, ab-hava necədir?
- Ayın 3-dən məşqlərə start vermişik. Hər şey qaydasındadır. Hazırlığımız çox yaxşı keçir. Artıq bütün futbolçular sıraya qayıdıb. 1-2 zədəli futbolçumuz var. Onlar da hazırda bərpa dövrü keçirlər.
- Transfer çalışmaları ilə bağlı nə kimi yeniliklər var?
- Yeni ilə görə adətən bütün transferlər “donur”. Yalnız son 1-2 gündə proses bərpa olunub. Danışıqlar gedir. Düşünürəm ki, yaxın bir həftə ərzində transferlərimiz tam bitəcək və heyətimiz formalaşacaq.
- Ümumiyyətlə, əsasən hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- İlk növbədə mərkəzə futbolçu axtarırdıq, 10 nömrə. Bildiyiniz kimi, artıq gürcü yarımmüdafiəçi Rati Ardazişvili ilə anlaşmışıq. Hazırda əsasən vingerlər barəsində düşünürük. Bir neçə namizədlərimiz var. Yaxın zamanda digər transferləri də yekunlaşdıracağıq.
- Mövsümün ikinci hissəsindən gözləntiləriniz nədir?
- Gözləntilərimiz çox ola bilər. Lakin indiki məqamda əsas istəyimiz mövsümün ikinci hissəsinə yaxşı start verməkdir. Bunu bacarsaq, çox yaxşı olar. İnanıram ki, bu gün məşqlərdə üzərində çalışdıqlarımızı rəsmi oyunlarda reallaşdıra biləcəyik.
- Orxan Əliyevin “Turan Tovuz”a keçidi barədə yayılan xəbər nə dərəcədə doğrudur?
- Bəli, Orxan Əliyev “Kəpəz”dən ayrıldı. Onunla müqaviləyə xitam verildi. Yəqin ki, bu gün-sabah keçidi açıqlanar. Yaxşı təklif aldı, buna görə də yollarımızı ayırdıq. Gələcək karyerasında Orxana uğurlar arzu edirəm.
- Uzun müddət futboldan kənarda qalan Orxan Əliyevi siz futbola qaytardınız. İndi onun komandadan ayrılmasını necə qiymətləndirirsiniz?
- Futbolda belə hallar olur. Mən tərəfdən heç bir problem yoxdur. Yaxşı təklif alıb və dəyərləndirmək qərarına gəlib. Ümumilikdə götürəndə biz də onu anlayışla qarşıladıq. Hər şey qaydasındadır, aramızda heç bir problem yoxdur. Nə vaxtsa yenidən bir yerdə çalışa da bilərik. Bu, futbol həyatıdır. Dediyim kimi, heç bir inciklik yoxdur, münasibətlərimiz də korlanmayıb. Böyük olduğumuza görə onu anlayışla qarşılayırıq. Həmişə futbolçularımıza dəstək olmağa hazırıq və olmuşuq da.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!