Elvin Məmmədov: "Qarabağ”da qalmaq mənim üçün daha vacibdi"

Elvin Məmmədov: "Qarabağ”da qalmaq mənim üçün daha vacibdi"
ÖLKƏ FUTBOLU 28 Aprel 2011 / 15:21 2988
-  A +

"Qarabağ"ın hücumameylli yarımmüdafiəçisi Elvin Məmmədov "Bakı" ilə oyunun vacibliyindən danışıb. Qol.Az-ın müxbiri ilə söhbətində Məmmədov mövsümün sonunda “Qarabağ”da qalıb-qalmayacağına və eyni zamanda yığma komandanın da oyunlarına toxunub:

“Qarabağ”da qalmaq mənim üçün daha vacibdi. Çünki burada yerli oyunçulardan təşkil olunan gözəl kollektiv və çox yaxşı rəhbərlik mövcuddu. Bunun üçün rəhbərliklə danışıqlar davam etdirilir. Qaldı ki, mənim hər hansı başqa bir kluba keçməyimə və yaxud da gələn mövsüm medallara iddialı olacaq “Qəbələ” klubu ilə danışıqlar aparmağıma bu xəbər doğru deyil. Düzdü, onlar gələn ilə iddialı görsənir və buna görə də müqaviləsi bitməkdə olan mənim kimi oyunçuları öz sıralarına qatmağı planlaşdırır. Ancaq mən “Qəbələ” yə keçmək niyyətində deyiləm.

“Bakı” ilə oyuna da toxunan futbolçu bu haqda belə danışıb: “Məncə “Bakı” ilə oyunda qələbə qazansaq Avroliqaya vəsiqəni və 2-ci yerə idddiamızı xeyli gücləndirmiş olarıq. Çünki bu qələbə növbəti turun oyununa da rahat çıxmağımıza kömək edə bilər. Ancaq yenə də arxayınlaşmaq olmaz.

“Bakı” ilə qarşılaşmada mərkəz müdafiəçisi Rəşad Sadıqovun yoxluğu bizə müəyyən mənada təsir göstərə bilər. O mərkəz müdafiəçisi kimi əla oynamaqla bərabər həm də komandanın lideri olaraq “Qarabağ”  klubunda çox iş görür. Oyun zamanı onun oyundaşlarına köməyi, matçın gedişini ələ almaq qabiliyyəti bizim üçün çox şey deməkdi. Rəşad Sadıqov oynamasa belə, biz meydanda onun varlığını, ruhunu hiss edirik”.

Məmmədov gələn mövsümdən Ağdam təmsilçisi “Qarabağ” ın Quzanlıda oynamasınada münasibət bildirib: “Bilirsizniz ki, Quzanlıda oynamaqla bağlı yeganə problem yol amilidir. Lakin oradakı qazandığımız uğurlu nəticələri və yerli azarkeş dəstəyinin yaratdığı ajiotajı nəzərə alaraq “Qarabağ”ın gələn mövsümdən öz ev oyunlarını Quzanlı qəsəbə stadionunda keçirməsi daha məqbul olardı. Bir müddət öncə Ağdamda infrastrukturla bağlı müəyyən problemlər var idi ki, son vaxtlar həmin məsələlər də aradan qaldırılmaq üzrədir. Buna görə də, Ağdamda oynamağa dəyər.

Təcrübəli oyunçu eyni zamanda yığma komandanın gələcək oyunlarına da toxunub: “Doğrudur, millimiz sonuncu dəfə Belçika yığması ilə matçda böyük hesablı məğlubiyyət aldı. Ancaq buna rəğmən hər şeyin üstündən xətt çəkmək lazım deyil. Özünüzdə görürsünüz ki, qrupumuzun liderləri ilə bizim aramızda səviyyə fərqi də var.

Onlar Avropanın hansı iddialı klublarında çıxış edir, biz harda? İkinci bir tərəfdən biz növbəti oyunlarda heç kimi zəif görməməliyik. İyun ayının Qazaxıstanla səfər matçında qələbə qazanmaqla arxada qalan uğursuzluğu unutdurmaq istəyirik ki, azarkeşlər millidən küsməsin. Bir də ki, azarkeş hər zaman komandanın yanında olmalıdı ki, futboçular onlara dəstək verənləri hiss edə bilsin. İnşallah növbəti oyunda qələbəni biz bayram edərik”.

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır