“Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Azal” - “Neftçi” oyunu ilə əlaqədar olaraq klubumuza məxsus “Şüvəlan” stadionunda işıqlandırma sistemi tam hazır vəziyyətə gətirilib. Bununla bağlı texniki bir problem olarsa, onu aradan qaldırmaq üçün əlavə 2 ehtiyat generator da arenaya yerləşdirilib. Həmin qurğular dərhal işə düşərək yaranacaq hər hansı bir problemi vaxtında aradan qaldıracaq ki, bu da oyunun normal gedişatını təmin edəcək. Bu sözləri Qol.Az-a açıqlamasında AZAL klubunun mətbuat katibi Eldəniz Yusifov deyib.
Klub rəsmisi AZAL - “Neftçi” görüşünün saat 20:00-da başlamasına isə belə aydınlıq gətirib: “Artıq stadionun işıqlandırma sistemi ilə bağlı bütün işlər yekunlaşıb. Amerikaya məxsus bir şirkətin mütəxəssisləri bu işi bütün incəliklərinə qədər mükəmməl şəkildə qurublar. “Bakı” ilə qarşılaşmada və ondan əvvvəldə bununla bağlı müəyyən yoxlamalar olub və nəticələr bizi razı salıb. PFL-in nümayəndələri də ötən tur “Bakı” ilə baş tutan oyunda stadionda müəyyən yoxlamalar apardı və növbəti oyunların axşam saatlarında keçirilməsində heç bir problemin olmadığına əmin oldu. Həmin matçda oyunun ikinci hissəsi işıqlandırma sistemi altında oynanıldı və təşkilati işlərdə heç bir problem yaşanmadı.
İnanıram ki, növbəti oyunlarda da arenanın işıqlandırılmasında heç bir əngəl olmayacaq. “Neftçi” ilə oyundan öncə Azərbaycan estradasının məşhur müğənnisi Tünzalə Ağayeva AZAL-ın yeni himnini oxuyacaq. Rəsmi açılış isə stadionla bağlı digər infrastruktur işləri tam başa çatandan sonra təşkil olunacaq. Bu sahədə də artıq işlər yekunlaşmaq üzrədir”.
Yusifov eyni zamanda AZAL-ın “altılıq” və Azərbaycan kubokundakı şanslarını da dəyərləndirib. “Artıq komandamızın çempionluq şansları qalmayıb və buna görə də bütün diqqətimizi kubok oyunlarına yönəltmişik.Yarımfinala kimi gəlmişiksə, bu mərhələdə “İnter”i də məğlub edib, finala çıxmaq istəyirik. Finalda da qalib gələrək Azərbaycan kubokuna sahib çıxmağı planlaşdırırıq”.
“Bununla bərabər çempionatda 3-cü və 4-cü yer uğrunda mübarizəmizi davam etdirəcəyik. Ötən oyunlarda zədələnən hücumçusu Eleandro Pema da artıq mayın 15-dən etibarən komandanın düşərgəsinə qoşulacaq. Bundan sonra bir tur qalır ki, belə də Pema üçün artıq mövsüm bitmiş hesab olunur. Digər üzvümüz Draqan Mandiç isə artıq fevral ayından etibarən oynamır. Ola bilsin ki, bu mövsümdən sonra o karyerasını bitirəcək. Qennadi Bliznyuk isə spirtli içkilərə qurşandığına və nizam – intizamı pozduğuna görə ona dünənki toplantıda sonuncu xəbərdarlıq edilib. O, özü də komandadan ayrılmaq istəyini bildirdi və müqavilə 2 tərəfli qaydada pozuldu. Ancaq onun transfer hüququ hələ ki, AZAL-a məxsusdur".
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video