Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin hər 4 iştirakçısı da ilk "altılığ"ı təmsil edir.
Meydana ilk öncə paytaxt təmsilçiləri çıxıb. "Şəfa" stadionunda baş tutan oyunda "İnter" AZAL-ı qəbul edib. Hər 2 klubun Avrokuboklara vəsiqə qazanması rəsmiləşmədiyindən bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Premyer Liqada qonşu pillələrdə olan bu 2 komandanın duelində hesab açılmayıb. Hər şeyə bir həftə sonra keçiriləcək cavab görüşündə aydınlıq gələcək.
Günün digər maraqlı qarşılaşması isə Lənkəranda baş tutub. Burada ötən ilin finalçıları "Xəzər Lənkəran" və "Bakı" klubları üz-üzə gəlib. "Xəzər Lənkəran" bu görüşdə ötən mövsümün finalındakı məğlubiyyətin əvəzini çıxmağa çalışırdı. Mirça Rednikin komandası buna qismən də olsa, nail olub. Minimal hesabla qələbə qazanan "Xəzər Lənkəran" cavab qarşılaşması üçün müəyyən üstünlük əldə edib.
Bütün ümidlərini kuboka bağlayan "Bakı" isə ötənilki qələbənin təsadüfi olmadığnı sübuta yetirmək niyyətində idi. Lakin "Bakı"nın səylərinə baxmayaraq paytaxt təmsilçisi məğlubiyyətdən qaça bilməyib. Bununla belə, "Bakı"nın cavab qarşılaşmasında "Xəzər Lənkəran"la oyunda qələbə qazanmaq şansı var. Hansı komandanın finala çıxacağına isə bir həftə sonra aydınlıq gələcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 4-də keçiriləcək.
27 aprel
Azərbaycan kubokunun ilk yarmfinal görüşləri
18:30. "Xəzər Lənkəran" - "Bakı" - 1:0
Qol: Uinston Parks, 28 (1:0)
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Mehman Mahmudov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Nüvər Xasıyev
Lənkəran şəhər mərkəzi stadionu.
18:00. "İnter" - AZAL - 0:0
Hakimlər: Elçin Məmmədov, Munis Abdullayev, Yaşar Abbasov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Şəfa" stadionu.
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video