"Qarabağ" komandasının matçlarına azarkeş marağının az olması barədə dəfələrlə deyilib, yazılıb.
Son 11 ildə Avropa kuboklarının daimi iştirakçısı olan, bu 11 ilin 10-da Azərbaycan çempionu adını qazanan Ağdam təmsilçisinin yerli çempionatdakı matçlarına biganə münasibət davam etməkdədir.
Bunu Peşəkar Futbol Liqasının bu gün açıqladığı hesabat növbəti dəfə təsdiqləyir. Bu barədə az sonra.
İndi ona gələk ki, Qurban Qurbanovun komandasının Avropa kubokları matçları zamanı çox vaxt tribunaların dolu olduğunu görürük. Hətta bu zaman klubdan pulsuz bilet istəyənlərin sayı-hesabı da olmur. İnsafən, "Qarabağ" klubuna bununla bağlı müraciətlərin əksəriyyətinə də təmənnasız olaraq müsbət cavab verilib. Halbuki Avropada pulsuz bilet anlayışını eşidəndə buna təəəccüb edirlər. Lakin bizdə belə deyil. Əsas odur ki, azarkeş daim komandasının yanında olsun.
Di gəl ki, necə deyərlər, Azərbaycanda iki təbəqə azarkeş ordusu var: avrokubok matçlarına və bir də çempionat oyununa gələnlər. "Qarabağ"ın avrokubok oyunların izləyənlərin əksəriyyətini biz çempionat oyunlarında görə bilmirik. Avropa kuboklarının görüşləri vaxtı Tofiq Bəhramov adına Stadionunun 30 minlik tribunaları dolu olur. Amma həmin komandanın eyni məkandakı çempionat matçlarına bəzən heç 300 azarkeş da toplaşmır.
Dünən keçirilən "Qarabağ" - "Araz Naxçıvan" oyununda tribunaların kədərli mənzərəsi
Acınacaqlı, könül qıraq statistikadır.
Statistika demişkən, PFL-in açıqladığı hesabata görə, "Qarabağ" bu mövsüm çempionatın 9 ev oyununa topladığı azarkeş sayına görə heç ilk üçlüyə belə düşməyib! Təsəvvür edirsiniz?
Bu siyahıda birinci yerdə bölgə təmsilçisi "Turan Tovuz"dur. Komandanın 9 oyuna ümumən 39 min 700 tamaşaçı (orta hesabla hər ev matçına 4411 tamaşaçı) gəlib. "Neftçi" ikinci (9 oyuna, 21 min 931 azarkeş), "Sumqayıt" isə üçüncüdür (21 min 450).
"Qarabağ" isə siyahıda yalnız 4-cü yeri tutur. Ağdam klubunun 9 ev oyuna cəmi 13 min 820 azarkeş gəlib orta hesabla hər ev matçına 1536 nəfər).
İlk üçlükdə olan komandalar daim böyük və sadiq azarkeşləri ilə seçilib. Amma bu rəqəmlərin özü belə çox az görünür. "Qarabağ"ın yerli oyunlarda azarkeş sarıdan durumu isə lap acınacaqlıdır...
Və gedişat göstərir ki, çempionatda güclü rəqabət yaranmadıqca, klublar güclənmədikcə (məsələn, "Neftçi"), bölgələrdə komanda sayı artmadıqca (məsələn, "Xəzər Lənkəran" yenidən liqada olmadıqca) "Qarabağ" Avropada lap finala qədər getsə belə, onun çempionatda görəcəyi elə o 300-500 sadiq azarkeş olacaq.
ELNUR
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
Qurban Qurbanovdan “Tvente” ilə oyun öncəsi açıqlamalar
"Sabah Ulduzları": 6-cı turda 3 oyun keçirildi
Çempionlar Liqasının yeni topu - Şəkil
“Neftçi” Kurçi ilə yolları ayırdı
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
Bu da püşkatmada "Sabah"ın səbəti və mümkün rəqibləri
"Sumayıt", "Ulduz" və "Sabah"dan qələbə
Prezident "Sabah"ı təbrik etdi
Prosineçki 4 oyun sonra istefaya göndərildi
"Real", "Çelsi", kim gəlir gəlsin" - Tellur Mütəllimov
Bu pankart diqqət çəkdi - Şəkil
“Sabah”dan ilklər və rekordlar
Azərbaycan UEFA reytinqində irəlilədi
Rahim Sterlinq saxlanıldı: İki il həbs cəzası ala bilər
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
Polşa millisinin qapıçısı rəsmən "Yuventus"da
Avropanın o tayından “Sabah”a təbrik