"Juninyonun "Sevilya"ya mümkün gedişinə gəlincə, hər oyunçunun gedişi kollektiv üçün problemə çevrilir. Bu, əlbəttə ki, mənim işimə mane olur".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan və bu gün keçirilən "Şamaxı" ilə oyundan sonra deyib.
O, futbolçusu Juninyonun "Sevilya"ya keçəcəyi haqda yayılan məlumatlara münasibət bildirib. Mütəxəssis hazırda klublar arasında danışıqların getdiyini deyib:
"Sevilya" kimi klubdan təklif gəlib. Juninyo bu xəbəri eşidəndə çox sevinib. Klubla danışıqlar gedir. Biz də heç bir futbolçuya az məbləğ ödəmirik. Deyə bilərəm ki, artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Buna görə komandamıza kənardan diqqət daha da çoxalacaq və çempionatımıza maraq artacaq. Azərbaycan futbolunun belə bir bazarda iştirak etməsi həm klubumuz, həm də ölkə üçün böyük addımdır. Juninyo da bildirdi ki, bu məsələdə hər şey qaydasında olsa, sevə-sevə gedərəm".
Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub.
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur