Dünən Avropa Liqasının Liqa mərhələsində 6-cı tur geridə qaldı.
QOL.az-ın xəbərinə görə, Azərbaycan çempionu "Qarabağ"ın da yarışdığı bu turnirdə artıq 2024-cü ildə matçlar başa çatıb. Yarış bir də 2025-ci ilin yanvarın 21-də başlanacaq 5-ci turun oyunları ilə bərpa olunacaq.
Qeyd edək ki, 6-cı turun matçlarından sonra artıq 7 komanda ən azı pley-off mərhələsini təmin edib. Bunlar hərəyə 16 xalı olan "Latsio" və "Atletik", "Anderlext" (14), "Lion", "Ayntraxt" (hərəyə 13 xal), "Qalatasaray" və "Mançester Yunayted"dir (hərəyə 12 xal).
6 oyundan sıfır xalı olan və sonuncu - 36-cı yerdə qərarlaşan Kiyevin "Dinamo" komandası isə son iki turun nəticəsindən asılı olmayaraq "pley-off"a yüksəlmək şansını itirib.
"Qarabağ"a gəlincə, Ağdam təmsilçi 3 xalla 33-cü yeri tutur. Qurban Qurbanovun komandası dünən "Elfsborq"a məğlubiyyətdən (0:1) sonra ilk "24"lüyə düşmək şansını daha da çətinləşdirib. İndi bundan sonra "Qarabağ" Bakıda FKSB (Rumıniya) və Afinada "Olimpiakos"a (Yunanıstan) qarşı keçiriləcək matçlarda hökmən qələbə qazanmalıdır. Lakin hətta bu halda belə, "Qarabağ"ın yarışı "24"lükdə başa vurub növbəti mərhələyə yüksələcəyinə söyləmək tez olar. Çünki bu mərhələdə çox şeyə 5-ci turun matçlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, "pley-off"a yüksəlmək istəyən komanda ən pis halda 24-cü yeri tutmalıdır. Hazırda 24-cü yerdə "Qarabağ"ın dünən məğlub olduğu "Elfsborq" tutur. Onların, eləcə də 22 və 23-cü yerləri tutan PAOK-la "Mityüland"la ehtiyatında 7 xal var.
Həmin komandalarla yanaşı 25-ci yerdə olan "Braqa"nın da 7 xalı var. Onlar 5-ci turda qalib gələcəyi halda isə "Qarabağ"ın da pley-off-a çıxmaq şansının üstündən xətt çəkiləcək. Yəni artıq həmin tur FKSB üzərindəki mümkün qələbənin də bir əhəmiyyəti qalmayacaq və "Oimpiakos"la sonuncu turun görüşü "Qarabağ" üçün yalnız formal əhəmiyyət daşıyacaq.
Beləliklə, bizə indi yalnız möcüzəyə ümid bəsləmək qalır.
Xatırladaq ki, avrokubokların yeni formatına əsasən, Liqa mərhələlərində 1-8-ci yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutuanlar isə pley-off mərhələsinə (şərti olaraq 1/16 finala) vəsiqə qazanır. 25-36-cı yeri tutanlar isə yarışda iştirakını başa vurur.
6 turdan sonra turnir cədvəli

Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
2-ci liqada 10-cu tur başa çatır
"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
Azərbaycan millisinin düşərgəsindən yeni - Video
Raul Qonsalesin təyinatı rəsmiləşdi
Millimizdən kənar qalan Lorenzo - Zədəsi ciddi deyilmiş
U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib
“Sumqayıt”ın legioneri milliyə çağırılıb
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə - Video
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu