Nursultan Nazarbayevin nəvəsi millimizlə oyuna çağırılır

Nursultan Nazarbayevin nəvəsi millimizlə oyuna çağırılır
ÖLKƏ FUTBOLU 25 Aprel 2011 / 11:06 2578
-  A +

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev iyunun 3-də  Astanada Azərbaycan milli komandasına qarşı keçirilən oyuna dəvət ala bilər.

Qol.Az-ın Qazaxıstanın «Ekspress K» qəzetinə istnadən yaydığı xəbərə görə, millinin baş məşqçisi Miroslav Beranek bəyan edib ki, Astana «Lokomotiv»inin şərəfini qoruyan gənc futbolçunun Azərbaycanla qarşılaşmaya çağırılacağı istina edilmir: «Əgər Aysultan öz oyunu ilə millidə çıxış etməyə layiqdirsə, biz ona dəvət göndərəcəyik».

Qeyd edək ki, ölkə prezidentinin nəvəsi «Lokovotiv»in əsas komandasına mart ayında keçib. O, hücum mövqeyində oynayır. Buna qədər isə «Lokomotiv»in əvəzedici heyətində çıxış edib.

Daha çox


Son xəbərlər