Mirça Rednik: "Təəssüf ki, qələbəni məhz AZAL-la oyunda qazandıq"

Mirça Rednik: "Təəssüf ki, qələbəni məhz AZAL-la oyunda qazandıq"
ÖLKƏ FUTBOLU 24 Aprel 2011 / 00:01 3097
-  A +

“Mən ilk növbədə azarkeşlərə üz tutub onlara təşəkkürü etmək istəyirəm. Son 5 oyunda qalib gələ bilməməyimizə baxmayaraq yenə də çoxlu azarkeş stadiona gəlib komandanı dəstəkləyir və rəqibə təzyiq göstərirlər”. Qol.Az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik AZAL-la oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Rednik bildirib ki, 3:0 hesablı qələbə komandasına asanlıqla başa gəlməyib: "Mən AZAL-ı çempionatın ən yaxşı təşkilatlanmış komandası hesab edirəm. Unutmaq olmaz ki, final mərhələsində yeganə məğlubiyyətimizi məhz AZAL-dan almışıq.”
 
Baş məşqçinin fikrincə, son turlarda "Xəzər Lənkəran" yaxşı oyun göstərsə də, qələbə qazanmaq mümkün olmurdu: “Mən oyunçularıma deyirdim ki, yaxşı oyun göstərməkdə davam etmək lazımdır, qələbə mütləq gələcək. Bir az təəssüflənirəm ki, bu qələbəni məhz AZAL-la oyunda qazandıq, çünki Nazim Suleymanova çox böyük hörmətim var”.

Daha çox


Son xəbərlər