“Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibimiz güclüdür. Üstəlik, turnir cədvəlində vəziyyət elədir ki, “Araz-Naxçıvan”a bəlkə heç-heçə də sərf edirdi”.
QOL.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, məğlubiyyəti qaçırılan qol epizodları ilə əlaqələndirib: “Ümumi götürdükdə pis oynamadıq. “Araz-Naxçıvan” bir neçə turdur ki, son dəqiqədə vurduğu qollarla qələbə qazanır. Bizimlə matçda öz şanslarını gözləyirdilər. Təəssüf ki, biz də səhvə yol verdik, qapımızda qol gördük. Belə oyunlarda 1-2 qol şansın olur. Gərək onları da dəyərləndirəsən. Dəyərləndirə bilmədiyimiz üçün uduzduq”.
Tovuz klubu çempionatda ardıcıl 4 matçdır ki, qələbə qazana bilmir. Ş.Əliyev bununla bağlı sualı da cavablandırıb. O, komandasının enişdə olduğunu düşünmür: “Deməzdim ki, komanda enişdədir. Düzdür, son 4 matçda cəmi 3 xal toplamışıq. Lakin unutmaq olmaz ki, rəqiblər də bizimlə oyuna ciddi hazırlaşırlar, analiz edirlər. Mümkün qədər qapalı oynamağa çalışırlar”.
Ş.Əliyev qeyd edib ki, hazırda bütün fikirlərini kubok oyununa yönəldiblər: “Qarşıda bizi “Sabah”la kubok oyunu gözləyir. Bu, ən ağır matçlardan biridir. Rəqib hər nə qədər güclü olsa da, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Öz meydanımızda oynayırıq. Azarkeşlərimizi sevindirməliyik”.
O, qarşıdakı 3 turda xal ehtiyatlarını artırmalı olduqlarını vurğulayıb: “Qış fasiləsinə 3 tur qalıb. Maksimum dərəcədə xallarımızı artırmalıyıq. Hazırda üçüncü pillədəyik. Artıq turnir cədvəlində digər rəqiblər də bizə yaxınlaşırlar. Əlimizdən gələni etməliyik ki, hazırkı yerimizi qoruyaq”.
“Onunla işləmək əsl kabusdur”
60 min avroluq saatları oğurlandı
UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
Yeni baş məşqçinin transfer hədəfi bilindi
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Kosovo və İsrail heç-heçə etdi
Almaniya ilə matçı buraxacaq
Ronaldodan sonra formanın dizaynı dəyişdi - Şəkil
Azərbaycan millisi Omana qalib gəldi
"Yamal dahidir, onu qorumalıyıq"
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Barselona" ilə matça görə kral qaydasını pozdu
Yaponiya Braziliyaya qalib gəldi
Bugünkü oyunu buraxacaq
Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi
"Kəpəz" "Gəncəbasar"la heç-heçə etdi
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Rövşən Nəcəf millimizi təbrik etdi
Noyer həyat yoldaşından ayrıldı
Milliyə həssas vida - Video
Məhəmməd Salahdan tarixi rekord
“Real” 20 yaşlı futbolçu ilə razılaşdı
Xavidən 7:0-lıq qələbəyə şərh
Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?
Dünyanın ən yaxşı 10 futbolçusu
Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
“Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov
Niderland və İslandiyadan darmadağın, Almaniyadan qələbə
Millimiz Lixtenşteynə qalib gəldi
“Sabah”ın qapıçısı millidə 2 qol buraxdı
U-21 millimizin Omanla oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi