AFFA İntizam Komitəsi “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rauf Əliyevi cəzalanıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Qərarda qeyd edilir ki, Rauf Əliyev U-15 Liqasında "Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir edib və qırmızı vərəqə ilə cəzalandırılıb. Qeyd edilib ki, bundan sonra o, yenidən hakimləri təhqir və təhdid edib, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam edib. Bu səbəbdən məşqçi 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
Həmin oyunda “Qarabağ”ın azarkeşləri hakimləri təhqir və təhdid etməsinə və bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.
DÇ-2026-nın püşkü atıldı
"Qələbəyə çox inanırdım" - Azər Bağırov
"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
"Sumqayıt" 1/4 finala belə adladı - Video
Azərbaycan kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi
"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç
Messi Finalissimada oynayacaq, ya yox?
Emre Belözoğlu yenidən Superliqada
“Real”dan "Neqreyra işi" ilə bağlı ciddi addım
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qəbələdə vurulan qollar - Video