Estoniya millisinin kapitanı Karol Mets Millətlər Liqasında Azərbaycan və Slovakiya ilə qarşıdan gələn oyunlardan danışıb.
QOL.az "soccernet"ə istinadən xəbər verir ki, Almaniyanın "Sankt-Pauli" klubunda çıxış edən müdafiəçi Azərbaycanla matçın daha vacib olduğunu bildirib:
“Biz də Millətlər Liqasında mövsümü layiqincə başa vurmaq istəyirik. Bu səbəbdən Slovakiya ilə oyun da çox önəmlidir. Son vaxtlar böyük komandalara qarşı nəticə əldə etmirik. Bununla belə, əsas diqqət mütləq Azərbaycanla oyuna yönələcək. Düzünü desək, bu, əsas oyun olacaq, C liqasında qalmaq üçün burada böyük addım ata bilərik”.
31 yaşlı futbolçu hər iki rəqibə çox ciddi yanaşmalı olduqlarını da vurğulayıb: “Azərbaycan və ya Slovakiya ilə oyunun tempi gündəlik alışdığımdan (Bundesliqadakı oyunları nəzərdə tutur - red.) bir qədər aşağı ola bilər. Lakin hazırlıq, diqqət və konsentrasiya yüz faiz olmalıdır. Nisbətən zəif rəqiblərə başqa cür yanaşmaq olmaz”.
Qeyd edək ki, noyabrın 16-da Qəbələdə oynanılacaq Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq. Komandalar arasında 3-cü turda keçirilən oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda Estoniya millisi 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Azərbaycan millisi isə sonuncu - 4-cüdür.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi