“Bir peşəkar məşqçi olaraq bütün liqaları, o cümlədən Azərbaycan çempionatını yaxından izləyirəm “Turan Tovuz” kimi daha əvvəl çalışdığım komandaların oyunları ilə isə daha çox maraqlanıram”.
Bu sözləri QOL.az-a açıqlamasında “Turan Tovuz”un keçmiş baş məşqçisi Naci Şensoy deyib.
2002-2003, 2004-2005 mövsümündə və 2012-ci ildə Tovuz təmsilçisini çalışdıran türkiyəli mütəxəssis hazırda Misli Premyer Liqasında 2-ci pillədə qərarlaşan sabiq komandası ilə bağlı danışıb. O, “Turan Tovuz”un Azərbaycan çempionatına rəng qatdığını bildirib:
“Hər şeydən əvvəl klub rəhbərliyini təbrik edirəm. Çünki onların bu baxışları olmasaydı, Kurban Berdıyev kimi bir məşqçi gətirməzdilər. Məşqçilərlə bərabər bu komandanı quran idman direktorunu da təbrik edirəm. “Turan Tovuz” həm də Azərbaycan çempionatına yeni bir rəng qatır”.
“Turan Tovuz”un bu mövsüm lider “Qarabağ”la ilk görüşdə qalib gəldiyini (1:0) və son matçda da güclü rəqibindən xal almasını (0:0) xatırladan Şensoy komandanın sabit çıxış etdiyini vurğulayıb: “Mövsümün sonunda yaxşı bir yer tutacaqlarını düşünürəm. Çünki çox komanda çempionata yaxşı başlaya bilər, amma daha sonra əsl gücü görünür. “Turan Tovuz”da belə olmadı. Çox sabit bir şəkildə çempionatda irəliləyirlər. Təsadüfi deyil ki, “Qarabağ”a ilk məğlubiyyəti “Turan Tovuz” yaşatdı. Son oyunda da heç-heçə etdilər. Bu da o deməkdir ki, indiki nəticəyə əsasən “Turan Tovuz”un üstünlüyü var. Bu, göstərici mövsümün sonuna qədər davam etsə, “Qarabağ”la xalları bərabər olsa belə, “Turan Tovuz” çempionluğu qazanacaq. Təkcə bu faktı göz önünə gətirəndə “Turan Tovuz”la bağlı hər şeyi görünür”.
66 yaşlı mütəxəssis “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda noyabrın 7-də “Bodo Qlimt”lə (Norveç) keçiriləcək səfər oyunu ilə bağlı da fikirlərini bölüşüb: “Norveç təmsilçisi ilə matç “Qarabağ” üçün asan olmayacaq. Çünki “Bodo Qlimt” də yerli liqada liderdir. İki ayrı futbol sisteminin matçı olacaq. “Bodo Qlimt” daha çox fiziki gücə yönəlmiş oyun sərgiləyir və duran toplardan qollar vurmağa çalışır. “Qarabağ” isə yerlə onayan, birinci bölgədən oyun quran və bütün meydanı ötürmələrlə qət etməyə çalışan, texnikalı və yaradıcı futbol oynayan komandadır. Maraqlı bir oyun olacaq. “Qarabağ” standart vəziyyətlərdə diqqətli olsa, qalib gələcək. Buna ümid edirəm”.
Ramiq Ağaməmmədov
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
"Qarabağ" yeni transfer edir? - Video
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
15 ildən sonra klubdan gedir
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu
"Barselona"nın futbolçusu əməliyyat edildi
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər