"Əfsuslar olsun ki, məğlub olduq. Oyuna çox yaxşı başlamışdıq. Müdafiə olunmaq istəmirdik. Futbolçularımız qırmızı vərəqə almağı xoş olmadı. Əlimizdə olan oyunçuların sayı azalırsa, bu, əlavə problemdir. Amma futbolçularımın cəsarətindən razı qaldım".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində edə "Ayaks"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis şotlandiyalı referi Nikolas Uolşun Ağdam təmsilçisini 2 qırmızı vərəqə ilə cəzalandırmasına toxunub: "Böyümək üçün bir çox elementləri keçməliyik. Bu gün bunun şahidi olduq. Belə böyük oyunlarda bu cür bəsit kartlar verilirsə, deməli, biz yenə bəzi xırda detallara fikir verməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bu cəsarəti qoruyub-saxlasaq, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Buna inanıram. Bir daha gördük ki, böyük komandalar kiçik fürsətlərdən necə istifadə edirlər".
"Ayaks"la matçda 15-ci dəqiqədə Julio Romao, 79-cu dəqiqədə isə Elvin Cəfərquliyev qırmızı vərəqə ilə cəzalandırılıb. Q.Qurbanov isə "Ötən mövsüm demişdiniz ki, Elvin Cəfərquliyev yersiz vərəqələr almağa davam edərsə, onunla daha ciddi söhbət edəcəyəm. Elvinlə bağlı hansısa tədbir görmək fikriniz varmı" sualına belə cavab verib: "Söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudur. Belə epizodlarda qırmızı vərəqə verirlərsə, futbol oynamayaq. Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur. İkinci hissədə Juninyonu iki əllə yıxanda penalti vermirsə, Romaonun mərkəzdə etdiyi qayda pozuntusuna niyə qırmızı vərəqə verir? Bəlkə də biz qaydaları dərindən bilmirik. Elvinin epizoduna gəlincə, bir komanda azlıqdadırsa, hesabda geridədirsə və ikinci "sarı"nı verirsənsə, məncə, bunun arxasında nəsə durur. Bizim ölkəyə bir az pozitiv fikirlə gəlsələr, yaxşı olar. Heç vaxt hakimlərin üzərinə getməmişəm. Nə olsun ki, biz "Qarabağ"ıq, böyük kluba qarşı oynayırıq. Belə yanaşma olmaz".
O, hakimin qərarlarından UEFA-ya şikayət etməyi planlaşdırmadıqlarını bildirib: "Yəqin ki, yox. Bir-iki dəfə etmişik, amma nəticəsi olmayıb. Oyun başa çatıbsa, faydası olmayacaq. Hakimlik barədə danışmasaq, yaxşıdır".
Q.Qurbanov "Bəziləri baş məşqçi dəyişikliyi olmalı olduğunu deyir" fikrinə də münasibət bildirib: "Mənim haqqımda “getsin” deyənlərə deyiləcək bir sözüm yoxdur. Necə deyim… Mən nəsə deyə bilmirəm. Heç nə demək istəmirəm (gülür). Onu deyə bilərəm ki, çox sağ olsunlar. Sizdən də xahiş edirəm ki, mənə belə informasiyalar verməyin. Mən də öz sevgimi tam şəkildə komandama verə bilim”.
Q.Qurbanov iki futbolçusunun cəzalı duruma düşməsinin Avroliqadakı növbəti oyunlarına - "Budo Qlimt"lə matçlarına nə dərəcədə təsir edəcəyindən də danışıb: "Nə lazımdırsa, edəcəyik. Səfərə çəkinmədən, inamla gedəcəyik. 7 xalları var, hələ məğlub olmayıblar. Ələlxüsus evdə rəqibə oynamağa imkan vermirlər. Amma digər futbolçularımız var. Əlimizdə olanlarla yaxşı nəticə əldə etməyə çalışacağıq".
Mütəxəssis sonda Bəhlul Mustafazadənin start heyətdə olmamasının səbəbini açıqlayıb: "Kevin Medina və Bədavi Hüseynov bu gün daha hazır idi. Bəhlulun da səhvləri olub. Amma o bizim əsas oyunçumuzdur. Məşq prosesində özünü yaxşı göstərəcəksə, yenə onu əsas heyətdə görəcəyik".
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
2-ci liqada 10-cu tur başa çatır
"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
Azərbaycan millisinin düşərgəsindən yeni - Video
Raul Qonsalesin təyinatı rəsmiləşdi
Millimizdən kənar qalan Lorenzo - Zədəsi ciddi deyilmiş
U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib
“Sumqayıt”ın legioneri milliyə çağırılıb
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə - Video
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu