Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Şotlandiyadan olan hakimlər briqadası tərəfindən idarə edilən oyunda Azərbaycan komandası 2 qırmızı vərəqə alıb.
Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olub.
Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlardan 3-ü heç-heçə bitib, 1-də isə "Tvente" qələbə qazanıb.
"Qarabağ" Liqa mərhələsinin turnir cədvəlində hazırda 0 xalla 36-cıdır. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).
Aktivində 7 xal olan "Ayaks" isə bu ana olan nəticələrə əsasən, liderdir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1).

Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 0:3
Qollar: Kennet Teylor, 36, Vut Veqhorst, 74 - pen; Çuba Ekpom, 77
Qırmızı vərəqə: Julio Romao, 15, Elvin Cəfərquliyev, 79 (ikisi də "Qarabağ")
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.





Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
2-ci liqada 10-cu tur başa çatır
"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
Azərbaycan millisinin düşərgəsindən yeni - Video
Raul Qonsalesin təyinatı rəsmiləşdi
Millimizdən kənar qalan Lorenzo - Zədəsi ciddi deyilmiş
U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib
“Sumqayıt”ın legioneri milliyə çağırılıb
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə - Video
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu