Millinin iki güləşçisi əməliyyat olundu

Millinin iki güləşçisi əməliyyat olundu
GÜLƏŞ 17 Sentyabr 2024 / 11:49 778
-  A +

Sərbəst güləş üzrə milli komandanın üzvləri əməliyyat edilib.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə sentyabrın 10-da həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub. Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.

Turanın 5, Əliabbasın isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.

Daha çox


Son xəbərlər