“Qarabağ” istisna olmaqla, digər 9 komanda eyni səviyyədə mübarizə aparır”.
Qol.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın VI turunun oyunlarını şərh edərkən deyib.
O, “Araz-Naxçıvan” – “Kəpəz” (1:0) matçının bərabər səviyyəli mübarizə şəraitində keçdiyini bildirib: “Qarşılaşmanın taleyini Bernardu Diaşın 76-cı dəqiqədə vurduğu qol həll etdi. Əgər hesabı “Kəpəz” açsaydı, onlar qalib gələcəkdi. Gəncə klubunun problemi oyunçuların istənilən səviyyədə olmamasıdır. Fikrimcə, “sarı-göylər” qışdan sonra yeni oyunçular alsa, ikinci dövrədə fərqli komanda görə bilərik. Amma onların elitada qalmaq üçün mübarizə aparacağını indidən deyə bilərik”.
Mütəxəssisin fikrincə, “Şamaxı” – “Sumqayıt” (1:0) görüşündə bölgə təmsilçisi qalib gəlsə də, oyunun ədalətli nəticəsi bərabərlik olardı: “Avrokuboklardan sonra “Sumqayıt”da problemlər var. Bunu kənardan demək çətindir. İtkilərin olması, futbolçu qıtlığı Samir Abasova problem yaradır. ”Şamaxı”ya gəlincə, deməzdim ki, onlar meydanda üstün tərəf idilər. Sadəcə, bir qol matçın taleyini həll etdi. Ayxan Abbasov yaxşı komanda formalaşdırıb”.
“Qarabağ” – “Səbail” (2:1) matçı barədə fikirlərini bölüşən 55 yaşlı baş məşqçi Ağdam təmsilçisinin layiqli qələbə qazandığını söyləyib: “Ölkə çempionatının hər bir oyunu “Qarabağ” üçün rahat keçir. Əgər komanda bütün gücünü meydanda göstərsə, böyükhesablı qələbələr əldə edə bilər. Bu il də onlar qızıl medalların aşkar favoritidir. “Səbail”ə gəlincə, məğlub olsalar da, heyətləri yaxşıdır. Liqaya uyğun futbolçular cəlb olunub. Sadəcə, “dənizçilər”ə bir az vaxt lazımdır”.
E. Abdullayev “Zirə” – “Neftçi” qarşılaşmasında “ağ-qaralar”ın məğlubiyyətinin əsas səbəbinin oyunçularla bağlı olduğunu vurğulayıb: “Qarabağ”ı çıxmaq şərti ilə, digər yerli klubların ən böyük problemi mövsümlərarası fasilədə heyətlərini birdən-birdən dəyişmələridir. Belədə daha tez uğur qazanmaq çətin olur. “Neftçi”nin oyununda irəliləyiş var, sadəcə, baş məşqçi Roman Qriqorçuka vaxt lazımdır. Matça gəlincə, “Zirə” layiqli qələbə qazandı. Onlara qarşı oynamaq çox çətindir. Mənə görə, “qartallar” Azərbaycanda ən yaxşı müdafiə xəttinə malik olan komandadır. “Ağ-qaralar”ın isə hücum və müdafiədə çətinlik çəkdiyini görünür”.
Turun son qarşılaşması olan “Sabah” – “Turan Tovuz” sabah oyununa da toxunan veteran futbolçu meydan sahiblərinin qələbəyə daha layiq olduğunu deyib: “Görüş heç-heçə ilə bitsə belə, ”Sabah” meydanda daha yaxşı görünürdü. Onlar bu mövsüm gümüş mükafata əsas namizəddirlər. “Turan Tovuz” barədə isə xoş sözlər demək olar. Kurban Berdıyev çox əzmkar komanda formalaşdırıb. Hətta bölgə təmsilçisinin son saniyələrdə vurduğu qol sayılmadı. Maraqlıdır ki, Əliyar Ağayev niyə VAR-a getmədi?”.
Qeyd edək ki, altı turdan sonra “Turan Tovuz” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” 12 xalla 2-ci, “Sabah” isə 11 xalla 3-cü pillədə qərarlaşıb.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir