Meksika millisinin qapıçısı Gilyerme Oçoanın yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, 39 yaşlı qolkiper Portuqaliyanın yüksək liqa təmsilçisi AVS-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tanınmış qapıçı yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Son olaraq “Salernitada”da çıxış edən Oçoa AVS-ə azad agent kimi keçib.
Qeyd edək ki, Gilyerme Oçoa 2005-ci ildən Meksika millisinin heyətində 150 oyuna çıxıb. O, “Ayaçço” (Fransa), “Malaqa” (İspaniya), “Qranada” (İspaniya), “Standard” (Belçika) klublarında da oynayıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır