Paris 2024-də iştirak edən idmançılar Olimpiya kəndində qida çatışmazlığından şikayətləniblər.
QOL.az xəbər verir ki, bu haqda Fransanın "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, təşkilatçılar qida rasionunu tərtib etməli olublar ki, hamıya kifayət etsin. Məsələn, idmançılar toyuq yumurtası və bəzi digər məhsulların azlığından narazıdırlar.
"Sodexo Live" restoranlar şəbəkəsinin meneceri bildirib ki, idmançıların rəylərini izləyirlər və ərzaq tədarüklərini Olimpiya kəndindəki restoranların artan tutumuna, eləcə də ilk günlərdə müşahidə olunan faktiki istehlaka uyğunlaşdırmaq üçün fəal işləyirlər.
Oyunlar zamanı idmançıları qidalandırmaq üçün 600 ton təzə qida tədarükünə cavabdeh olan "Carrefour" təsdiq edib ki, onlardan qida istehlakının həcmini artırmaq xahiş olunub.
Daha əvvəl İsveçin həndbol üzrə milli komandasının üzvləri Olimpiya kəndinin yataq dəstlərindən şikayətləniblər. Onlar qeyd edib ki, döşəkçələrin balıq torundan hazırlanması onlara narahatlıq yaradır.
İsveçin stolüstü tennis millisinin üzvləri isə nəqliyyatın durumundan narazıdırlar. Kişi və qadın komandaları məşq etmək üçün hər gün 1 saat 20 dəqiqə yol qət edirlər. Onların məşqi şəhər mərkəzindən bir neçə kilometr cənubda keçirilir.
“Avtobuslar çox istidir. Gündə iki dəfə 40 dəqiqə məsafə qət edirik. Düzünü desəm, Parisdə isti Hindistandakından daha çoxdur. Əgər belə davam edərsə, insanlar avtobuslarda huşunu itirəcəklər”, - deyə İsveç millisinin baş məşqçisi Yurgen Person bildirib.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı