Ronaldo qələbəni şərh etdi

Ronaldo qələbəni şərh etdi
XƏBƏR 2 İyul 2024 / 09:57 4155
-  A +

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün 1/8 finalında Sloveniyanı məğlub edərək növbəti mərhələyə adlamaqları haqqında danışıb.

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu 105-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməsə də, penaltilər seriyasında rəqib qapıçı Yan Oblakı məyus etməyi bacarıb. O, məhz qola çevirə bilmədiyi penaltiyə görə ağlayıb.

Ronaldo görüşdən sonra bu gərgin qarşılaşmanı belə şərh edib: “Əlbəttə, asan olmadı, nə deyim. Matç bu qədər uzandı, amma şansımızdan istifadə etməli idik. Əgər əlindəki şansı qaçırsan, bir daha belə imkan gəlməyəcək. Qol vurmadığıma görə ruhdan düşmüşdüm. Sloveniya millisinin qapıçısı Yan Oblak dünyanın ən güclü qapıçılarından biridir. O, komandasına hər cür kömək etdi. Özümü toparlaya bildim və komandamız qələbə üçün maksimum çalışdı. Bütün 120 dəqiqəyə dözdük və özümüzü itirmədik. Hər şeyə görə çox sağ olun. Sloveniya güclü və mütəşəkkil komandadır. Lakin əsas qəhrəman bizim qapıçımızdır”

Həmçinin forvard bu Avropa çempionatının onun üçün sonuncu olduğunu xatırladıb: “Bu, əlbəttə ki, mənim son Avropa çempionatım olacaq. Amma bu, məni narahat etmir. Çünki məni hərəkətə gətirən həvəsdir. Azarkeşlərimizi sevirəm. Darıxsam da, olmasam da, bu forma üçün hər zaman hər şeyimi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”.

Xatırladaq ki, Avro-2024-ün 1/8 final mərhələsində Portuqaliya millisi Sloveniyaya penaltilər seriyasında qalib gəlib. Matçın gedişində Ronaldo penaltini qaçırsa da, penaltilər seriyasında Yan Oblakın qapısına qol vurmağı bacarıb.


Son xəbərlər
03.07.24  17:58

"Səbail"dən ayrıldı