Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2024- ün qrup mərhələsinin 2-ci turunda Almaniyaya qarşı keçirdikləri oyunun (0:2) nəticəsini şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis bu matçda bəxtlərinin gətirmədiyini deyib:
“Biz taktiki baxımdan çox işləmişdik. Futbolçularım yaxşı çıxış etdilər. Mən onlarla fəxr edirəm. Bir müddət əvvəl demişdim ki, Almaniyaya uduza bilərik. Onlar dünya səviyyəli oyunçulara sahibdirlər. Taktikamız işə yaraya bilərdi, amma rəqibin bütün mövqelərdə daha yaxşı futbolçuları var. Eyni zamanda, bütün matç boyu bəxtimiz gətirmədi.
Biz bir neçə səhv etdik, amma futbolda belə səhvlər olur. Siz də səhv edə bilərsiniz. Almaniya və digər dünya səviyyəli komandalar bizdən daha yaxşı oynayırlar. Biz bunu bilirik”.
Macarıstan və Almaniya yığmaları İsveçrə və Şotlandiya ilə A qrupunda mübarizə aparır. Avro-2024- ün qrup mərhələsinin 1-ci turunun matçında Almaniya Şotlandiyanı darmadağın edib (5:1), Macarıstan isə İsveçrəyə uduzub (1:3).
Almaniya yığması artıq pley-offa vəsiqəni təmin edib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi